• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqlar yemək yemirsə, bu xəstəlik ola bilər - DİQQƏT

Uşaqlar yemək yemirsə, bu xəstəlik ola bilər - DİQQƏT
03.01.2017 15:59
Uşaqlarda yaranan iştahasızlıq valideynlərin ciddi narahatlığına səbəb olur.
 
Uşaq qidadan imtina edir, çünki çox zaman qəbul olunan yemək, əsasən də səhərlər ürəkbulanma, hərdən qusma ilə müşahidə edilir. İştahasızlığı aradan qaldırmaq üçün uşaqlara müxtəlif vitamin-mineral komplekslər verilir, amma bu preparatlar yalnız verilən müddətdə təsir edir. Nəticədə isə uşaq normal qidalanmadığı üçün çəkidən və boydan geri qalır. Bu problemi aradan qaldırmaq üçün iştahasızlığı yaradan səbəbləri aşkar etmək lazımdır. Bir sıra xəstəliklər zamanı uşaqlarda əsas simptomlarla yanaşı iştahasızlıq da müşahidə olunur.
 
Bəs hansı xəstəliklər iştahanın azalmasına səbəb ola bilər?
 
- mədə-bağırsaq xəstəlikləri
 
- lyamblioz
 
- helmintozlar (qurd xəstəlikləri)
 
- şəkərli diabet
 
- onkoloji xəstəliklər və sairə
 
Digər səbəblərdən - stress, depressiya, xroniki yorğunluq da iştahasızlıq yarada bilər.
Hər halda iştahısızlıq normal əlamət hesab olunmur, yarandığı halda həkimlə məsləhətləşib, səbəbini aşkar etmək üçün uşağı müayinə etmək lazımdır.
Amma yanaşı olaraq xüsusi üsulların köməyi ilə bu problemi tez bir zamanda aradan qaldırmaq olur.
İştahı artırmaq üçün məsləhətlər:

- Yeməkdən əvvəl əlləri yumaq vərdişı yaratmaq lazımdır. Bu prosedurun tək gigiyenik deyil, psixoloji əsasları da var: uşağı gida qəbuluna hazırlayır.

- Qida rejiminə dəqiq riayət etmək lazımdır, yeməkarası nəsə (əsasən də şirniyyat) vermək qadağandır.

- Uşağa məcburi hər hansı sevmədiyi yeməyi vermək olmaz.
 
- Qida qəbulu zamanı uşağın fikrini yayındırmaq olmaz. Məsələn, yemək zamanı TV-yə baxmaq, yaxud uşağa kitab oxumaq olmaz. Uşağın diqqəti yeməkdə olmalıdır.

Bu sadə üsullardan istifadə etməklə, uşağın iştahını qaydaya salmaq mümkündür. //Aile.lent.az

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol