• $
  • €
  • ₽
  • ₺
  • £

"Tv-lərdə milli-mənəvi dəyərlərin pozulması müşahidə edilib" - MTRŞ

"Tv-lərdə milli-mənəvi dəyərlərin pozulması müşahidə edilib" - MTRŞ
05.01.2017 13:37
"İlkin müşahidələr zamanı televiziya və radiolarda bayram günləri ciddi qanun pozuntuları aşkarlanmayıb”.
 
ANN.Az xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
 
O bildirib ki, bununla belə, video-audio yazılar əsasında müşahidələr davam etdirilir:
 
"Yayımçılar bayram günlərinə uyğun proqram səbəti hazırlayıblar. Bayram günləri əsasən musiqili-əyləncəli proqramlara üstünlük verilməsi təbiidir. Bundan başqa, milli filmlər, tamaşalar da nümayiş etdirilib. Baxımlı xarici filmlər də az olmayıb”.
 
Şöbə müdiri qeyd edib ki, ötən il milli-mənəvi dəyərlərlə, reklamla bağlı qanunvericiliyin pozulması halları müşahidə olunub:
 
"Xüsusilə bəzi reklam çarxlarında, bəzi şou verilişlərdə, müzakirə proqramlarında milli dəyərlərə zidd hallarla bağlı narahatlıqlar var idi. Hər bir halda məsələyə Şura tərəfindən operativ reaksiya verilərək problemlər aradan qaldırılıb. 2017-ci ildə teleradio yayımçılarının efirlərinin monitorinqləri daha da intensivləşdiriləcək. Ümumiyyətlə milli-mənəvi dəyərlərlə bağlı həm qanunun tələblərini, həm də cəmiyyətin həssaslığını nəzərə alırıq. İnanırıq ki, bu il yayımçılar ciddi pozuntulara yol verməyəcək. Onu da deyim ki, ötən il əvvəlki illərlə müqayisədə pozuntu hallarında müəyyən azalma tendensiya diqqəti cəlb edir”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol