• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda uşaqlar arasında xəstəlik yayılıb

Azərbaycanda uşaqlar arasında xəstəlik yayılıb
05.01.2017 13:50
"Payız-qış mövsümündə Azərbaycanda uşaqlar arasında soyuqdəymə xəstəlikləri yayılıb.

 Mövsümi olaraq xəstələrin sayında artım var, amma bu, epidemiya xarakterli deyil. Azərbaycanda qrip virusunun, yaxud başqa bir xəstəliyin epidemiyası yoxdur”.
 
Bunu APA-ya Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev deyib.
 
Onun sözlərinə görə, soyuqdəymə xəstəliklərinə mövsümi olaraq ilin soyuq fəsillərində rast gəlinir və bu da payız-qış mövsümündə bədənin soyuması nəticəsində insan orqanizminin reaktivliyinin azalması ilə əlaqədar olur. N.Quliyev qeyd edib ki, soyuğun təsiri ilə tənəffüs yollarında kəskin respirator xəstəliklər müşahidə olunur: "Xəstəlikləri bakteriyalar və viruslar törədə bilər. Virusların sayı minlərlədir və hər bir virus tərəfindən bu xəstəlik törənəndə 100-dən artıq əlamətləri olur. Payız-qış mövsümündə rast gəlinən xəstəliklərin artmasının səbəbi uşaqların bu aylarda kollektivlərdə daha çox cəmləşməsi ilə bağlıdır. Yayda uşaqlar tətildə olur və nəticədə kütləvilik az olur. Sentyabrdan isə bağçalar, məktəblər açılır və həmin ərazilərdə uşaqların bir-birini yoluxdurması ehtimalı qat-qat artır. Bundan əlavə, temperatur birdən-birə 5-10 dərəcə dəyişirsə, uşaqların geyimi də ona uyğunlaşdırılmalıdır. Bu hallara riayət olunmadıqda soyuqdəymələr baş verir və sonradan günahkar axtarılır”.
 
Valideynlərin uşaqları, xüsusilə körpələri soyuqdan qorumalı olduğunu deyən N.Quliyevin sözlərinə görə, yaz-yay mövsümündə günəş-qum vannasından, dənizdən, meyvə-tərəvəzlərdən daha çox istifadə edilməlidir: "Uşaqlarda xəstələnmə əlamətləri olduğu zaman onları bağçaya, məktəbə buraxmaq olmaz. Onları vaxtında müalicə etmək lazımdır. Çünki xəstə halda bağçaya-məktəbə getmək həm həmin uşaq üçün təhlükə yaradır, həm də digər uşaqları yoluxdurur”.
 
N.Quliyev qeyd edib ki, bu xəstəliklərin qarşısı vaxtında alınmazsa sonradan ağır və qorxulu fəsadlar-haymorit, ağciyərlərin iltihabı, pnevmaniya baş verə bilər. Bəzən ağır dərəcədə baş-beynin zədələnməsi-meningitlərin inkişaf edə biləcəyini deyən baş pediatr bildirib ki, bu xəstəliklərə məsuliyyətsiz yanaşmaq olmaz: "Böyüklər uşaqları qorumağı bacarmalıdır. Uşaqların sağlamlığının qorunmasında əsas amil valideyn məsuliyyətidir".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol