• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə təhsil almaq istəyənlər azalıb - AÇIQLAMA

Türkiyədə təhsil almaq istəyənlər azalıb - AÇIQLAMA
05.01.2017 16:10
Son dönəmlərdə Türkiyədə ard-arda baş verən terror hadisələrindən sonra bəzi ölkələr vətəndaşlarını həmin ölkəyə getməkdən çəkinməyə çağırıb. Qardaş ölkə olduğundan Azərbaycandan Türkiyəyə həm turist kimi, həm iş, həm də təhsil üçün gedənlər hər zaman üstünlük təşkil edir. 

Türkiyədə yaşanan son hadisələr, xüsusilə, terror aktları qardaş ölkəyə oxumağa gedənlərin sayına təsir göstəribmi?

Məsələ ilə bağlı ANN.Az-a açıqlama verən "Akademi Group” Xaricdə Təhsil Mərkəzinin layihə rəhbəri Razi Vəliyev baş verən terror hadisələrindən sonra Türkiyədə təhsillə bağlı müraciətlərin 10-15% azaldığını deyib:
 
 
"Sayda azalma var, amma çox aşağıdır. Çünki Türkiyə bizim vətəndaşların gözündə xarci ölkə kimi görünmür. Son hadisələrdən sonra ümumi şəkildə azalma 15%-ə qədərdir. İstanbul, Ankara, İzmir, Türkiyənin digər şəhərləri valideynlərimiz və ya həmin bölgələrə oxumağa gedənlər üçün sanki ölkəmizi xatırladır. Sanki Azərbaycan daxilində bir bölgəyə oxumağa gedirlər. Bu səbəbdən, baş verənlər elə də ciddi təsir göstərmir. Qismən təsir olsa da, bu rəqəm o qədər də böyük deyil. Biz ciddi şəkildə sıxıntıların və ya buna bənzər hadisələrin olduğu  bölgələrə onsuz da tələbə göndərmirdik”.

"Türkiyədəki vəziyyətdən daha çox dünyada baş verən iqtisadi böhran xaricə təhsillə bağlı gedənlərin sayına ciddi təsir göstərib. Təhsillə bağlı digər ölkələrə gedən istər az, istərsə də yüksək büdcəli tələbələrin sayında azalma var. Dolların məzənnəsinin artması nəticəsində daha çox yük valideynlərin üzərinə düşüb. Əvvəllər xarici ölkəyə oxumağa gedən tələbə üçün aylıq yaşam xərci üçün təxminən, 300 manat kifayət idisə, böhrandan sonra bu rəqəm 500-600 manata qədər artıb. Yəni əvvəllər 1000 manat büdcəsi olan ailə üçün 300 manatı göndərmək uyğun idi, indi isə 600 manat göndərmək heç də rahat deyil”, - deyə Razi Vəliyev əlavə edib. 

Xatırladaq ki, Türkiyədə sonuncu dəfə yanvarın 1-də gecə saatlarında "Reina” adlı gecə klubunda terror aktı baş verib. Naməlum silahlı şəxs gecə klubuna daxil olaraq, oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda 39 nəfər ölüb, 65-i isə yaralanıb. 

Orxan Aslanlı

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol