• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı məktəblərində yeni layihə başladı

Bakı məktəblərində yeni layihə başladı
06.01.2017 12:17
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində "Ekoloji aylıqlar” layihəsi başlayıb. 

Təhsil İdarəsindən ANN.Az-a verilən məlumata görə, layihənin məqsədi şagirdlərdə təbiətə maraq, qayğı və məhəbbət oyatmaq, onlara təbii sərvətlərdən düzgün istifadə etməyi öyrətmək, ekoloji mədəniyyət və tərbiyə aşılamaq, istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaqdan ibarətdir.

Layihə çərçivəsində hər ay məktəblərə ekoloji istiqamətdə bir mövzu təqdim olunacaq. Bakı şəhəri üzrə 12 inzibati rayonun hər birində məktəblilər tərəfindən müvafiq mövzu ətrafında araşdırma aparılması, müxtəlif layihələrin və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Aylıq mövzunun reallaşdırılmasında təhsil müəssisələrinə sərbəstlik verilib.

Hər ayın yekunlarına görə, "Ayın ən qənaətcil məktəbi”, "Ayın mədəniyyət və tarix məktəbi”, "Alternativ enerji sahəsində ayın ən maraqlı ideyası”,"Ayın tədqiqatçı bioloqlar məktəbi”, "Ayın ən sağlam məktəbi”, "Ayın ən təmiz məktəbi” nominasiyaları üzrə qaliblər müəyyənləşdiriləcək.

Qeyd edək ki, BŞTİ 2016-2017-ci tədris ili üzrə fəaliyyətini "Təhsili dəyərə çevirək” devizi altında reallaşdırır. Bu məqsədlə həyata keçirilən 25 yeni layihədən biri də "Ekoloji aylıqlar” layihəsidir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol