Polis İdarəsinin həyətində yanğın: İki avtomobil yandı

Abşeron rayon Polis İdarəsinin həyətində yanğın olub.
APA-nın məlumatına görə, idarənin həyətində dayanmış, "BMW” markalı Yol Patrul Xidməti avtomobili və polis əməkdaşlarından birinə məxsus "Mercedes” markalı maşın yanıb.
Həyata keçirilən tədbirlər nəticəsində yanğının polis idarəsinin inzibati binasına keçməsinin qarşısı alınıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























