• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatlara mənzil verilib? - Milli Məclisdən AÇIQLAMA

Deputatlara mənzil verilib? - Milli Məclisdən AÇIQLAMA
06.01.2017 14:50
Dünəndən bəri mətbuat səhifələrində və sosial şəbəkələrdə 13 deputata pulsuz mənzil verilməsi barədəki xəbər əsas müzakirə mövzusuna çevrilib.  
Ev alan deputatlar arasında Hadi Rəcəbli, Oqtay Əsədov və Bəxtiyar Əliyevin də adı hallanır.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında yayılan xəbərlərə tam olaraq aydınlıq gətirib.

"Hadı Rəcəbli  ilə əlaqə saxladım. Onun ev alması xəbəri yalandır. Milli Məclisin spikeri Oqtay Əsədovun da ev alması xəbəri yalandır. Doğru deyil.

Keçmiş deputat, hal-hazırda Milli Məclisin şöbə müdirinin müavini olan Rifət Ağalarovla da əlaqə saxladım. Rifət Ağalarov ev alıb. Təxminən 15 il bundan qabaq, 2004-cü ildə  evi tikən şirkətə öz pulunu ödəyib. Yəni, həmin evi öz pulu ilə alıb. Sadəcə, ev almaq məsələsi bir qədər uzanıb. O da evi bu yaxınlarda alıb”.

Qeyd edək ki, xəbərdə adı çəkilən keçmiş deputat, hüquqşünas Əlməmməd Nuriyev də Modern.az-a açıqlamasında ev almadığını deyib.

Keçmiş deputat, Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov da ev almadığını deyib. O, vaxtilə tikilməkdə olan binadan mənzil almaq üçün "Kat LTD” şirkətinə pul ödədiyini də qeyd edib.

Sabiq deputat, İctimai Televiziyanın keçmiş baş direktoru İsmayıl Ömərov da deyib ki, o, mənzil almayıb: 

"Yalandan yazıblar, başqa işlə məşğul olsunlar. 5 ildir haqqımda nə gəldi yazırlar”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol