• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda "Pioner evi" açılıb FOTOLAR

Bakıda "Pioner evi" açılıb  FOTOLAR
06.01.2017 22:18
Azərbaycan Gənclər İttifaqı "Pioner evinin” açılışını elan edir.

Təşkilatdan Trend-ə verilən məlumata görə, böyük bir mədəniyyətin qaytarılması və uşaqlar arasında böyüklərə hörmət - "Pioner Evinin” əsas vəzifələrindən biri bu kimi dəyərləri uşaqlara aşılamaqdır.

 
Pionerlər öz dövründə hamıya nümunə olmuşdular. Onlar mədəni və mənəvi dəyərlərə böyük hörmətlə yanaşır və bu dəyərləri qoruyaraq özlərindən sonra gələn gənc nəslə ötürürdülər. Pionerlər düzgün və sadiq dost, həqiqət tərəfdarlarıdır, onlar vətənin mənafeyi üçün çalışırlar, sülh üçün mübarizə aparırlar.

 
Pioner evində keçirilən dərsləri ziyarət edən uşaqlar nizam-imtizamı, məsuliyyəti, dünya görüşü, ətraf aləmi və daha çox şeylər öyrənəcəklər. Uşaqlar öz vaxtlarını səmərəli və sərfəli keçirəcəklər. Rəsm, şahmat, xarici dillər, etika dərsləri, aktyorluq həmçinin dərzilik sənəti ilə bağlı dərsləri öyrənə bilərlər. Pioner evində uşaqlar məktəbəqədər hazırlıq dərslərinə yazıla bilərlər. Bütün dərslər peşəkar müəllimlər tərəfindən keçirilir. Pioner evində keçirilən vaxt ( fərqli-fəqli dərnəklərdə uşaqlar öz qabiliyyətlərini göstərə bilərlər) sizin uşaqlara doğru yol seçməkdə kömək olacaq.
 
 
Başqa sözlə "Pioner evi” – həyata yeni addım atmağa başlayanlar üçün bir məktəbdir. Sizin uşaqlar öyrənməklə bərabər ən yaxşı müəllimlərdən nümunə götürəcəklər. Müasir dövrdə uşağın inkişafı üçün yol tapmaq çətindir. Müəllimlərə düşən vəzifə uşaqların təxəyyülünü inkişaf etdirmək, onları elmə, incəsənətə yönləndirməkdir.

 
Azərbaycan Gənclər İttifaqının nəzdində olan "Pioner Evinin” ünvanı – İstiqlaliyyət küçəsi 31.A, "İçərişəhər" metrostansiyası ilə üzbəüz. Bütün suallarla əlaqədar bu nömrələrə müraciət edə bilərsiniz: tel: 012 497 12 36, 012 511 26 11.
 




www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol