Təhsil Nazirliyinə daha çox buna görə müraciət edilib

2016-cı il ərzində Təhsil Nazirliyinə vətəndaşlar tərəfindən 220 880 müraciət daxil olub.
ANN.Az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, Telefon Məlumat Mərkəzi ("Qaynar xətt” xidməti, telefon:146) ötən il 146 038 zəng qəbul edib.
Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 49535 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu, yerdəyişməsi və diaqnostik qiymətləndirilməsi, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi və 1-ci sinfə qəbulu, yerli ali təhsil müəssisələrinə köçürülmə və bərpa, təhsil haqqından azad olunma ilə bağlı məsələləri əhatə edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























