"İşə qayıtmamaq" sindromu və xilas olmağın yolları - Açıqlama

Yeni il məzuniyyəti sona çatıb və müəssisələrdə iş prosesi yenidən başlayıb.
Məlum olub ki, əslində, gündəlik qayğılarla bərabər, iş fəaliyyətinə qayıtmaq o qədər də asan deyil.
İşləyən insanların bir çoxu istirahətdən sonra "qayıtmamaq sindromuna" məruz qalır. Bu terminin mahiyyətini bir qədər açıqlayaq: Adam öz işindən narazıdır, o, kollektivə qayıtmaq və orada işini davam etdirmək istəmir. Ofisə və həmkarlarının yanına getmək istəmir, evdə qalmaq və məzuniyyət müddətini uzatmaq arzusunda olur.
Əgər sizing də ağlınıza belə fikirlər gəlirsə, deməli, siz "qayıtmamaq sindromu” yaşayırsınız. ABŞ əhalisi bunu "Holiday blues” adlandırır.
Bu sindroma daha çox qadınlar məruz qalırlar. Çünki ailə qayğıları, daha sonra yeni il şənliyinin sonu, məktəb tətilinin başa çatması və uşaqları dərsə göndərmək məsələsi gəlir.
Bəs bu sindiromla necə mübarizə aparmalıyıq?
Psixoloq Ellada Qorina ANN.Az-a açqlamasında bildirib ki, bayramdan sonra öz vəziyyətini stabilləşdirməyin ən səmərəli üsulu öz iş prossesini əvvəlcədən planlaşdırmaqdır:
"Bayram ərəfəsində insan elə əhval-ruhiyyədə olur ki, heç bu haqqda düşünmür. Ancaq bu üsul çox böyük kömək olur. Əgər bu üsulu tətbiq etmədinizsə, yeni ilin ilk həftəsindən etibarən belə bir plan hazırlanması gələcək iş fəaliyyətiniz üçün faydalı olacaq. Siyahını bu şəkildə tənzimləmək olar: vacib iş 2-3, orta dərəcəli vacib 4-5, daha sonra yüngül işlər.
Məsləhət görülür ki, fəaliyyətə orta dərəcəli və yüngül işdən başlayasınız. Sonra ağır, günü və həftəni isə yüngül işlə yekunlaşdırasınız. Bu formul dəyişə də bilər. Yüngül işlə başlamaq mürəkkəb ilə yekunlaşdırmaq da olar. Hər birimiz fərqliyik. Ona görə də, prossesin icrası hər kəsdə fərqli ola bilər. Amma birmənalı olaraq, planlaşdırma bayramdan sonraki dövr üçün bir növ qurtuluşdur”.
Nuray Qasımzadə
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























