Vergilər naziri ədliyyə müşavirinə vəzifə verdi

Vergilər Nazirliyində növbəti kadr təyinatı həyata keçirilib.
"Report” xəbər verir ki, Nazirliyin Vergi öhdəliklərinin icrasına nəzarət Departamentinə yeni baş direktor təyin edilib.
Nazir Fazil Məmmədovun əmri ilə sözügedən vəzifəyə ədliyyə müşaviri İsmayılov Vüqar İsmət oğlu təsdiq edilib.
O, bundan əvvəl Nazirliyin bu il, yanvarın 1-dən eyni adlı departamentə çevrilmiş Daxili Təhlükəsizlik Baş idarəsinin rəisi olub.
Xatırladaq ki, Vergi öhdəliklərinin icrasına nəzarət Departamenti Vergi auditi və operativ nəzarət İdarəsinin bazasında yaradılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























