• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda əcnəbilər üçün – YENİ QAYDA

Azərbaycanda əcnəbilər üçün – YENİ QAYDA
07.01.2017 22:37
Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycanda miqrasiya qanunvericiliyini pozduqda, tətbiq edilən cəriməni elektron qayada ödəmək üçün pasportlarından istifadə edə biləcək. 

ANN.Az-ın APA-ya istiandən məlumatına görə, bu, Dövlət Miqrasiya Xidmətinin Kollegiyası tərəfindən qəbul edilən bu ildən qüvvəyə minən "Cərimələrin internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament”də dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

Reqlamentə əsasən, təqdim edilən xidmət Dövlət Miqrasiya Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun tətbiq edilmiş inzibati cərimələrin internet vasitəsi ilə  ödənilməsindən ibarətdir. Elektron xidmət "az.e.migration.gov.az/index/taxes" internet ünvanında təqdim edilir. İstifadəçi internet ünvanına daxil olaraq inzibati cərimənin ödənilməsi bölməsini seçir, sənədin növünü qeyd edir və həmin sənədin nömrəsini, verilmə tarixini, istifadəçinin doğum tarixini daxil edərək nəzərdə tutulmuş inzibati cərimənin ödənilməsi imkanı əldə edir.

İndiyə qədər bu elektron xidmətdən Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi, Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, Azərbaycan ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, qaçqın vəsiqəsi və yol sənədinin nömrələri və verilmə tarixləri barədə məlumatları daxil edərək istifadə etmək mümkün olub. Bu ildən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər pasport və ya digər sərhədkeçmə sənədinin nömrəsi və verilmə tarixi barədə məlumatı daxil edərək inzibati cəriməni ödəmək imkanı əldə edəcəklər.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol