• $
  • €
  • ₽
  • ₺
  • £

"Sinif rəhbəri vəzifəsi ləğv olunur" - Ekspert

"Sinif rəhbəri vəzifəsi ləğv olunur" - Ekspert
28.05.2020 20:03
"Son bir neçə ay ərzində orta məktəblərdə birbaşa müəllimlərin əmək haqqına təsir göstərəcək islahatlar həyata keçrilməyə başlanılıb. Biz buna müəllimlərin əməkhaqqının azalması mövqeyindən baxmaqla bərabər, orta məktəblərin optimallaşdırılması kimi də baxa bilərik”. 

Bunu ANN.Az-a təhsil üzrə ekspert Kamran Əsədov deyib.
 
Ekspertin sözlərinə görə, keçən ay ümumtəhsil məktəblərinin cari dərs ilinə aid tədris planlarında qismən dəyişiklik edildi: 

 
 
"Tədris planlarında dərsdənkənar məşğələlərə, fakültativ, fərdi və qrup məşğələlərinə ayrılan saatlar hesabına təşkil edilən "Həyati bacarıqlara əsaslanan təhsil" kursunun tədrisi yanvar ayından dayandırılacaq. Bundan əlavə, bizim orta məktəblərdə öyrəşdiyimiz Astronomiya, Konsitusiyanın əsasları, İqtisadiyyat, İnsan və Cəmiyyət kimi dərslər də əvvlki tədris illərində ləğv edilib. 

Məktəb idarəçiliyi istiqamətində də tədbirlərə başlanılıb. Bu istiqamətdə məktəblərdə psixoloq, uşaq birliyi rəhbəri və hətta sinif rəhbərinin görməli olduğu işi yerinə yetirəcək "Məktəblinin Dostu” layihəsidir. Onsuz da, orta məktəbdə sinif rəhbəri hansısa geniş fəaliyyətə malik deyil. Amma bu o demək deyil ki, ləğv olunacaq. Sadəcə olaraq, başqa ad və vəzifə altında məktəblinin dostları bu işləri davam etdirəcəklər. Sinif rəhbəri və bu kimi vəzifələr sovet dövründən qalan stereotiplərdir. Məktəbdə müəllim dərs deməlidir. O, hansısa idarəçilik işlərində olmamalıdır. Məktəbdə idarəçiliyi cəlb olunmuş şəxslər yerinə yetirməlidir. Məsələn Ali təhsil müəssisələrində tyutorluq sistemi kimi. Bu, kifayət qədər uğurlu olacaq. Çünki sinif rəhbərliyi o qədər də uğurlu deyil”.

K.Əsədovun sözlərinə görə, araşdırmalardan məlum oldu ki, sinif rəhbərlərinin əksəriyyəti işlərinin öhdəsindən gəlsələr də, əsasnamədən bir o qədər də məlumatlı deyillər: 

"Belə ki, onlarla söhbətimizdə əsasnamədə yer alan bəzi müddəalar haqqında məlumatsız olduqları aydın oldu. Bəzilərinin əsasnamənin mövcudluğundan belə xəbərsiz olduğu aşkarlandı. Halbuki, sinif rəhbərlərinin fəaliyyətini tənzimləyən əsasnamə onların hər birinin masalarının üstündə olmalı, əsasnamədə öz əksini tapmış bütün istiqamətlər üzrə iş aparılmalıdır.

Orta ümumtəhsil məktəblərində şagirdlərin şəxsiyyət kimi formalaşmasında, tədris və tərbiyəyə cəlb olunmasında fənn müəllimləri ilə yanaşı, sinif rəhbərləri də əhəmiyyətli rol oynayır. Bu gün sinif rəhbərlərinin fəaliyyəti Azərbaycan Respublikası təhsil nazirinin 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş "Sinif rəhbəri haqqında Əsasnamə"də öz əksini tapıb. Əsasnaməyə görə, sinif rəhbəri məktəb direktoru tərəfindən təyin edilir və ya vəzifədən azad olunur. Sinif rəhbəri bu işi icra etdiyinə görə, xüsusi müavinət alır. Onların fəaliyyətinə rəhbərlik tərbiyə işləri üzrə direktor müavini tərəfindən həyata keçirilir”.

 
"Sinif rəhbərinin əsas vəzifələri təhsil alanları şəxsiyyət kimi yetişdirmək, onlarda əsl vətəndaş, mənəviyyat, təşəbbüskarlıq kimi yüksək keyfiyyətlərin və müstəqil tənqidi təfəkkürünün formalaşmasına kömək göstərməkdir. Bundan başqa, şagirdlərin xarici görünüşünə, geyiminə, dərsə davamiyyətinə, hər bir şagirdin tədris nailiyyətlərinə nəzarət etmək, onların uğur və səhvlərini qeydə almaqla vaxtında kömək göstərmək, sinif jurnalının işlənməsi və nəzarəti, valideynlərlə əlaqə yaratmaq və onlara uşaqların tərbiyə olunmasında kömək göstərmək də (şəxsən, məktəb psixoloqu və müəllimlər vasitəsilə) əsas işlərindəndir. 

Bununla yanaşı, sinif rəhbəri Azərbaycanın milli bayramları, əlamətdar tarixi hadisələri ilə bağlı tədbirlər təşkil etmək, mərasimləri qeyd etmək, sinif saatlarını təşkil etmək, fənn müəllimləri və məktəbin digər mütəxəssisləri ilə (uşaq birliyi rəhbəri, psixoloq, kitabxanaçı və s.) qarşılıqlı fəaliyyət və bu mütəxəssislərin yardıma ehtiyacı olan uşaqlara köməyinin təşkil və bir çox məsələləri yerinə yetirməlidir. Lakin reallıqda biz bu tələblərin yerinə yetrilməsini görmürük. Hesab edirəm ki, Məktəblinin Dostu layihəsi məktəblərə yeni ruh verəcək”, - deyə Kamran Əsədov əlavə edib.

Kamil Əmirli

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol