Mobil operatorlar "audio kitabxana"ya qoşulur

Azərbaycanın mobil rabitə operatorları "audio kitabxana" layihəsinə qoşulacaqlar.
Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.
Layihədə məqsəd gözdən əlillərin və görmə qabiliyyəti zəif olanların bədii əsərlərə çıxışını təmin etməkdir. Əsas vəzifə istifadəçilər üçün rəqəmli audio kontentin formalaşdırılması və kitabların audio formata keçirilməsidir.
Mənbə deyib ki, müraciət bütün operatorlara - "Bakcell", "Azercell" və "Azerfon"a göndərilib və baxılma mərhələsindədir.
Hazırda 100-dən çox kitab səsləndirilərək "audio kitabxana"da yerləşdirilib. "1541" qısa nömrəsini yığmaqla bu xidmətdən günün istənilən vaxtı istifadə etmək olar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























