• $
  • €
  • ₽
  • ₺
  • £

Qeydiyyatda olanların sayı 192 min nəfər artıb

Qeydiyyatda olanların sayı 192 min nəfər artıb
09.01.2017 12:54
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 2016-cı il ərzində də artmaqda davam edib.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, belə ki, ötən il əlavə olaraq 191 754 nəfərə, o cümlədən ötən ilin dekabr ayında 18 925 nəfərə fərdi şəxsi hesab açılıb. Bununla da fərdi uçot sisteminin əhatə etdiyi vətəndaşların sayı cari ilin 01 yanvar tarixinə 3 371 908 nəfərə çatıb. Hazırda sistemdə fərdi şəxsi hesaba malik şəxslər arasında 30-40 yaş aralığında olanlar çoxluq təşkil edirlər.
 
Sistemdə qeydiyyata alınmış şəxslərin  25,6%-i (864 632 nəfər) məhz həmin yaşlarda olanlardan ibarətdir. Həmçinin qeydiyyatda olan sığortaolunanların 20%-i (674 900 nəfər) 30 yaşa qədər olan, 19,9%-i (673 431 nəfər) 40-50 yaş aralığında olan, 21%-i (708 295 nəfər) 50-60 yaş aralığında olan, qalan hissəsi isə 60 yaşdan yuxarı olan vətəndaşlardır.
 
Azərbaycanda müasir sığorta-pensiya sisteminin mühüm komponenti kimi 2006-cı ildən fəaliyyətə başlayan fərdi uçot sistemi müvafiq qanunvericiliyə uyğun olaraq əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında  məlumatların uçotunun təşkili və aparılmasına xidmət edir. Həmin sistemdə fərdi şəxsi hesaba malik olan vətəndaş bununla gələcək pensiya təminatı üçün öz pensiya kapitalını toplamaq imkanı qazanır. Onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən sosial  sığorta şəhadətnaməsi də rəsmiləşdirilir.
 
Qeyd olunanlarla yanaşı, "Sığortaolunanın onlayn uçota alınması”,  "Sığortaolunanlara məlumatların verilməsi”, "Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, "Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, "Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, "Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması” və s. elektron xidmətlər vasitəsilə vətəndaşlara sosial sığorta münasibətləri üzrə bütün xidmətlərdən elektron müstəvidə faydalanmaq imkanları yaradılıb. Onlardan "Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti vasitəsilə hər bir sığortaolunan fərdi hesabında toplanan pensiya kapitalı barədə mütəmadi şəkildə məlumat əldə edə bilir.
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol