• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanda yayılan virusdan ölənlər var"

"Azərbaycanda yayılan virusdan ölənlər var"
09.01.2017 12:32
"Azərbaycanda yayılan virus H3N2-dir”. 

Bu haqda Modern.az-a məlumat verən tanınmış həkim, professor Adil Qeybulla deyib ki, bu A virusunun bir formasıdır:
 
"Bu virus kifayət qədər ağır, kliniki gedişə malikdir. Həm yuxarı tənəffüs yolları infeksiyalarına, həm də yayılan qrip infeksiyasına "sezon qripi” deyirlər. Həmişə payız və qış fəsillərində bu cür hallar müşahidə olunur. Təbii ki, bu il virusa yoluxma halları daha çoxdur”.
 
Azərbaycanda epidemiyadır?..
 
Professor bildirib ki, virusun epidemiya olması barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi məlumatı olmalıdır:
"Amma məsələ burasındadır ki, bunun qrip epidemiyası olması barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatı ortada yoxdur. Bu, sadəcə olaraq Rusiya və Azərbaycanda ortaya çıxan məlumatdır. Bu virusun yoxlanması üçün laborator müayinələrin nəticələri ortada yoxdur. Ona görə də, bəzi şeylər hələ də müəmmalı qalır”.
 
Qripə laqeyd münasibət ağır fəsadlara yol açır
 
Bununla belə həkim deyib ki, vətəndaşlar virusun hansı növünün olmasını gözləməli deyil:
"Səhiyyə Nazirliyinin laboratoriyalarında bu məsələlər həll olunmayıb. Ortaya hər hansı məlumat qoymurlar. Ümumiyyətlə, qripə qarşı Azərbaycanda həmişə sayğısız münasibət olur. Həmişə də onun əziyyətini insanlar çəkir. Bütün bunlara rəğmən, hər bir şəxs profilaktik tədbirlərini görməlidir”.
 
"Azərbaycanda H3N2 virusundan ölənlər var”
 
A.Qeybulla nazirlik tərəfindən rəsmi məlumat verilməsə də, hazırda yayılan H3N2 virusundan ölənlərin olduğunu istisna etmir:
"Keçən il də Azərbaycanda qripdən dünyasını dəyişən insanlar olub. Rəsmi statistikada öz əksini tapmasa da, bu fakt bizə məlum idi. Ağ ciyərin pnevmoniyası, yuxarı tənəffüs yollarının iltihabı, ağ ciyər ödemi kimi çox sayda xəstəliklər məhz qrip infeksiyası fonunda ağırlaşır, bəzən də ölümlə nəitcələnir. Builki virusdan da ölənlər var. Amma rəsmi olaraq açıqlanmır”.
 
Həkim qripin profilaktikası üçün aşağıdakıları məsləhət görüb:
1. Cuna maskalardan istifadə etməli (ictimai nəqliyyatda, işdə, kütləvi toplantı
yerlərində).
2. Şəxsi gigiyena tədbirlərinə riyaət etməli: əlləri tez-tez sabun və isti su ilə yumalı
(xüsusilə yeməkdən öncə);
3. Qapı dəstəyinə, sürahiyə, idarəetmə pultuna və s. əşyalara əl vurduqdan sonra
əlləri yumalı.
4. Vitaminoterapiya;
5. Virus əleyhinə vaksinasiya;

Qripə yoluxduqdan sonra:

1. Yataq rejiminə keçməli;
2. Çoxlu ilıq maye qəbul etmək;
3. Cuna maskalardan istifadə etməli;
4. İstifadə edilən dərmanlar: Antiqrippin, Amantadin, Remantadin, Arbidol,
Tamiflu, Relenza, Zanamivir. Bu dərmanlar virusun yayılmasına müqavimət
göstərir. Onları qrip əlamətləri başlayandan 48 saat sonra atmalı. Təcrübə göstərir
ki, onlar ağırlaşmaları azaldır və xəstəliyin ömrünü qısaldır.
5. Vitaminoterapiya;
6. Həkim təyinatı.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol