• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda virusdan ölən olub? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda virusdan ölən olub? - RƏSMİ AÇIQLAMA
09.01.2017 14:00
Səhiyyə Nazirliyi Azərbaycanda H3N2 virusuna yoluxma nəticəsində əhali arasında ölüm faktlarının baş verməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin baş epidemioloqu İbadulla Ağayev Trend-ə bildirib ki, Azərbaycanda qrip diaqnozu ilə ölüm faktı qeydə alınmayıb.

Onun sözlərinə görə, qripdən ölüm faktının təsdiqlənməsi üçün ölmüş şəxsin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələrində müayinə edilməli və onun nəticəsində ölümün səbəbi aydınlaşdırılmalıdır:

"Əgər qripdən ölüm faktı varsa, Səhiyyə Nazirliyi bununla bağlı mütləq açıqlama verərdi. Lakin belə hal olmayıb, bu barədə deyilənlər həqiqəti əks etdirmir və məqsəd əhali arasında xof yaratmaqdır. 2006-cı ildə "quş qripi”ndən ölüm faktı qeydə alındıqda, bu barədə rəsmi məlumat verildi. Bizim hər hansı yoluxucu xəstəliyin ölkə ərazisində movcud olması faktını gizlətmək marağımız yoxdur. Bu barədə məlumatları gizlətməyə ixtiyarımız da yoxdur”.

İ.Ağayev deyib ki, xəstə qripə yoluxduğunu təsdiqləmək üçün mütləq poliklinikaya müraciət etməli, orada ondan yaxma götürülməlidir:

"Yaxma müayinəsi nəticəsində qripin aşkar olunub-olunmamasını isə yalnız Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasında müəyyən etmək mümkündür. Hər bir yoxlamaların cavabı poliklinilalara, xəstəxanalara göndərilir. O cavabı kim gizlədə bilər?”

İ.Ağayev əlavə edib ki, ilin hazırkı mövsümündə kəskin resperator virus infeksiyalarının yayılması normaldır.
Lakin hazırda ölkə ərazisində epidemioloji durumun sabit olduğunu deyən baş epidemioloq qeyd edib ki, ölkədə kəskin resperator virus infeksiyalarına yoxluxma faktı qeydə alınsa da, bu, epidemioloji səviyyədə deyil.

İ.Ağayev hesab edir ki, amma bu virusların yayılmasında əhalinin özünün də rolu olur. Çünki viruslardan qorunmaq üçün tibbi maskalardan istifadə edilməli olsa da, Azərbaycanda əhalinin tibbi maskalardan istifadəyə marağı yoxdur.

Qeyd edək ki, tanınmış həkim, professor Adil Qeybulla modern.az-a açqıalamasında bildirib ki, Azərbaycanda yayılan virus H3N2-dir:

"Keçən il də Azərbaycanda qripdən dünyasını dəyişən insanlar olub. Rəsmi statistikada öz əksini tapmasa da, bu fakt bizə məlum idi. Ağ ciyərin pnevmoniyası, yuxarı tənəffüs yollarının iltihabı, ağ ciyər ödemi kimi çox sayda xəstəliklər məhz qrip infeksiyası fonunda ağırlaşır, bəzən də ölümlə nəitcələnir. Builki virusdan da ölənlər var. Amma rəsmi olaraq açıqlanmır".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol