Mübariz Mənsimov FHN-ə sualtı qayıq hədiyyə etdi - RƏSMİ

Azərbaycanlı iş adamı Mübariz Mənsimovun sahibi olduğu "Palmali” Şirkətlər Qrupu Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) sualtı qayıq hədiyyə edib.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.
Onun sözlərinə görə, "Palmali” Şirkətlər Qrupuna məxsus "DeepFlight DF-302 Super Falcon” sualtı qayığının FHN-ə bağışlanması barədə nazirliklə şirkət arasında razılıq əldə edilib.
Qurum rəsmisi deyib ki, sualtı qayıq nazirliyə təhvil veriləndən sonra ötən ilin sonlarında Xəzər dənizində baş vermiş qəza nəticəsində itkin düşmüş nefçilərin axtarışına cəlb ediləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























