• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni məzarlıqlarda qiymət necə olacaq?

Yeni məzarlıqlarda qiymət necə olacaq?
10.01.2017 09:49
"Məzarlıqlar haqqında” qanun layihəsi ilə bağlı müvafiq strukturlardan razılıq alınıb və bütün məsələlər demək olar ki, həllini tapıb.

Bunu Trend-ə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, hazırda qanun layihəsi Prezident Administrasiyasına təqdim olunub:

"Prezident Administrasiyası təkliflərini verdikdən sonra qanun layihəsi Milli Məclisə təqdim olunacaq. Hesab edirəm ki, 2017-ci ildə qanun layihəsi müzakirəyə çıxarılacaq”.

Komitə sədri bildirib ki, yeni qanun layihəsinə əsasən, bütün məzarlar bərabər formada olacaq, heç bir məzar digərlərindən fərqlənməyəcək, bütün məzarlarda baş daşları, qəbirüstü daşlar eyni ölçüdə olacaq:

"Yeni məzarlıqlar yaşayış massivlərindən uzaqda yerləşdiriləcək, o cümlədən, su hövzələrindən 300 metr məsafədə olacaq. Çünki elə xəstəliklər var ki, insan vəfat etdikdən sonra da qalır”.

Məzarların qiyməti məsələsinə gəlincə isə S.Novruzov bildirib ki, qiymətlər də hamı üçün eyni və ucuz olacaq:

"Bir məzarın qiymətinin minimum əmək haqqının 2 misli dəyərində olması nəzərdə tutulur, yəni təxminən 300 manata yaxın. Bu qiymətə həm məzar yerinin ayrılması, məzarın qazılması, qəbrin üstünün götürülməsi daxil olacaq. Görürsən ki, bəziləri yaxınını dəfn etmək üçün kredit götürür. Belə hallar var və bununla bağlı bizə müraciətlər edilir. Çalışırıq ki, vətəndaşlarımız bu cür problemlərlə rastlaşmasınlar”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol