• $
  • €
  • ₽
  • ₺
  • £

"Dərsliklərdəki tariximiz sanki hərb tarixidir" - Ekspert

"Dərsliklərdəki tariximiz sanki hərb tarixidir" - Ekspert
29.05.2020 06:35
"Son illər ərzində orta məktəblərdə istifadə olunan tarix dərsliklərində on il əvvəllə müqayisədə ciddi fərqlər və irəliləyişlər var. Dərsliklərdə neçə dəfə təkrar işlənməsinə baxmayaraq, hələ də qüsurlar qalmaqdadır. Bunlar isə insanlarımızı çaşdırır”.

Bunu ANN.Az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib. Ekspertin sözlərinə görə, tarix fənni və dərsliyi digərləri ilə müqayisədə strateji və dövlət əhəmiyyətli elmdir. Bu dərsliklər insan idealogiyasının formalaşmasına bilavasitə təsir göstərir: 

 
 
"Biz hər yerdə dövlət səviyyəsində belə əsaslı faktlara söykənib deyirik ki, Qarabağa, Qafqaza ermənilər köçürülüblər. Onlar bu torpaqlarda aborigen millət deyillər. Amma digər tərəfdən isə tarix dərsliklərimizdə erməni çarının süqutundan bəhs edən məqalə yer alır. Buna nə qədər şərh verilsə də, şagirdlərin beyində sual qalır. 

Bilirsiniz, dərsliklərdə hadisələri açıq şəkildə vermək lazımdır. Bizim tariximiz başdan-ayağa şərəfli, məğrur hadisələrlə doludur. Gerçəkləri yazmaqdan qorxmaq lazım deyil. Biz milli kimliyimizi açıq şəkildə yazmalııyıq. O zaman aydın olacaq ki, son statistik göstəricilərə görə, Azərbaycan xalqının 94 faizini türklər təşkil edir. Bəs türklər kimlərdi? Türklər bura gəlmə, yoxsa yerli millətdir? 

Altay nəzəriyyəsinə görə, türklər bu yerlərə gəlmədirlər. Amma tarixi gerçəkliklər bunu təkzib edir. Tarixdən öyrədilən saklar, massagetlər, işquzların Qara dəniz sahillərindən bura yenmələri, bu ərazilərdə Skif çarının olması, Kuti dövlətinin mövcudluğu və s. tarixi faktlar göstərir ki, Altay nəzəriyyəsi başdan-ayağa səhvdir. Bundan başqa, türklərin tarixindən bəhs edən Ergenekon dastanında türklərin məskənləri barədə verilən məlumatlar Qafqaz və Anadolunu anladır”.

"Bu gün orta və hətta ali məktəblərdə tarixi oxuyan istənilən şəxsi bir sual düşündürür. Bu, hətta geniş müzakirələrə səbəb olur, "azərbaycanlılar kimdir?” Tarixi və elmi əsaslara söykənib "azərbaycanlılar kimdir?” sualına aydınlıq gətirim. 

Qeyd edim ki, Azərbaycan Respublikasının bütün vətəndaşları azərbaycanlı adlanır. Belə ki, Azərbaycan Respublikasının bütün vətəndaşları birlikdə Azərbaycan xalqını təşkil edirlər və azərbaycanlı adlanırlar. Azərbaycanlı ifadəsi hüquqi termin olub, heç bir etnik mənsubiyyət bildirmir. Buna görə də, azərbaycanlı ifadəsini etnik mənsubiyyət kimi təqdim edilməsi yanlışdır”, - deyə ekspert qeyd edib. 

 
 
Kamran Əsədovun sözlərinə görə, orta məktəblərdə keçirilən Azərbaycan tarixi  sanki hərb tarixidir. Müharibələrdən çox söhbət gedir: 

"Dövlətlərin sosial-iqtisadi inkişafına, mədəniyyətinə az yer verilir. Bundan başqa, X siniflər üçün olan "Azərbaycan tarixi" dərsliyində mədəniyyət mövzusu 17 paraqrafdır. Bu, çox yüklüdür. Başqa bir kitaba baxaq. VIII siniflər üçün "Orta əsrlər tarixi" dərsliyində Moğol İmperiyası kimi böyük bir mövzu bir abzasla əhatə olunub. Halbuki, bu dövlətin tarixi, fəaliyyəti geniş nümunə olunacaq, qürur duyulacaq səhifələrlə doludur. 

Başqa bir nümunə gətirim: IX siniflər üçün "Ümumi tarix" dərsliyində "Fransa" mövzusu həddindən artıq ağır dildə, qarışıq formada yazılıb. Sanki bu kiminsə dissertasiya işindən olduğu kimi köçürülüb. Heç fransızlar öz kitablarında fransanı bizdə olduğu kimi dərindən yazmırlar. Elə bil ki, biz ümumi tarix kitabını Azərbaycan məktəblisi üçün yox, Amerika, İngiltərə, Fransa, Rusiya şagirdi üçün yazıb, onlara tarixlərini dərindən öyrədirik. Bizim o ölkələrin tarixini bu qədər dərindən öyrətməyimizə və öyrənməyimizə nə ehtiyac var? 

Başqa bir nümunə də deyim: XI siniflər üçün "Azərbaycan tarixi"nin informasiyaları həddindən artıq yüklüdür. Hər səhidəfə on beşdən çox fakt var ki, şagirdlər bunu mənimsəyə bilmir. 

Hesab edirəm ki, dərsliklər ciddi şəkildə mütəxəsislər tərəfindən, bundan başqa, metodist və psixoloqlar tərifindən dəfələrlə yoxlanılıb sonra istifadəyə buraxılmalıdır”.

Kamil Əmirli

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol