• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəb psixoloqları üçün layihə keçirilir

Məktəb psixoloqları üçün layihə keçirilir
10.01.2017 18:58
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində "Məktəb psixoloqlarının peşəkar inkişafı” layihəsinə start verilib.

Qurumun mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, layihənin məqsədi məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltmək və ailə-məktəb əməkdaşlığını intensivləşdirməkdən ibarətdir.

Layihə çərçivəsində ilk olaraq ümumi təhsil məktəblərinə "Ehtiyacların müəyyən edilməsi” adlı sorğu göndərilib. Sorğuda 241 nəfər məktəb psixoloqu iştirak edib. Sorğunun nəticələri əsasında Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu tərəfindən məktəb psixoloqları müsahibədən keçirilib və nəticələr təhlil olunub. Müsahibədə BŞTİ-nin tabeliyindəki 255 ümumi təhsil məktəbinin, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan 20 məktəb və liseyin, 1 internat və 1 məcburi köçkün məktəbinin psixoloqu iştirak edib.

Müsahibədən keçən psixoloqlar üçün Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu və Humel Psixologiya Mərkəzi tərəfindən iki istiqamətdə təlim paketi hazırlanıb. Psixoloqların səviyyəsinə uyğun olaraq iki və beşgünlük təlimlər təşkil ediləcək.

Qeyd edək ki, ilk təlim Binəqədi, Nəsimi və Nərimanov rayonları üzrə ümumi təhsil məktəblərinin bir qrup psixoloqlarının iştirakı ilə 8 nömrəli tam orta məktəbdə keçirilib. Təlimlərin fevral ayına qədər davam etməsi nəzərdə tutulub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol