• $
  • €
  • ₽
  • ₺
  • £

Qafqaz Universiteti Türkiyəyə verilir?

Qafqaz Universiteti Türkiyəyə verilir?
10.01.2017 17:45
Türkiyə 50 ölkədə FETÖ-yə məxsus olmuş məktəbləri və universitetləri almaq istəyir.

ANN.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Maarif Vəqfinin rəhbəri Cem Zorlu deyib.

Onun sözlərinə görə, Türkiyə bu tədris ocaqlarında yeni tədris planı tətbiq etmək niyyətindədir:

"Hazırda həmin tədris ocaqlarının bizim vəqfimizə verilməsi üçün təhvil-təslim işləri aparılır. Bundan sonra tədris planında əhəmiyyətli dəyişikliklər olacaq. Ümumilikdə 50-yə yaxın ölkədə FETÖ-nün olmuş tədris ocaqlarını vəqfimizə qatmaq və yeni tədris planı tətbiq etməyi planlaşdırırıq”.

C.Zorlu qeyd edib ki, alınacaq məktəblərdə tədris əsasən türk dilində aparılacaq.

"FETÖ Afrikadakı ölkələrdəki məktəblərdə fransızca, digər bölgələrdə isə ingilis dilində aparırdı. Biz bütün məktəblərdə türk dilində tədris aparacağıq. Həmçinin, ikinci köməkçi dil də tədris olunacaq”, - deyə o bildirib.

C.Zorlu bildirib ki, hazırda FETÖ-nün olmuş tədris ocaqları ilə bağlı müxtəlif ölkələrlə danışıqlar aparılır.

"Keniyada məktəbləri aldıq. Çad, Somali, Sudan, Seneqal, Qabon, və Nigeriya hökumətləri ilə razılaşma imzaladıq. Azərbaycan, İndoneziya, Moldova, Avstraliya, Şimali Kipr Türk Cümhuriyyəti, İraq, Şimali İraq, Uqanda, Pakistan, Əfqanıstan, Bosniya-Hersoqovina, Tailand, Albaniya və Kamboca ilə danışıqlar aparılır. Bu ölkələrdə də müsbət nəticələr əldə edəcəyimizə inanırıq”, - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanda Qafqaz Universitetinin FETÖ-yə bağlı olduğu deyilirdi. C.Zorlu konkret bu tədris ocağının adını açıqlamasa da, Türkiyə Maarif Vəqfinin Qafqaz Universitetini də almaq istədiyi gözləniləndir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol