• $
  • €
  • ₽
  • ₺
  • £

Donorların sayı 60 faizdən çox artıb - Azərbaycanda

Donorların sayı 60 faizdən çox artıb - Azərbaycanda
11.01.2017 14:33
2010-cu ildə respublika üzrə 46 530 nəfər donorluq edərək qan veribsə, 2015-ci ildə bu rəqəm 61,6% artaraq 75 184 nəfər olub.

Bunu Səhiyyə Nazirliyi Elmi Tədqiqat Transfuziologiya və Hematologiya İnstitutunun ötən ilin yekunlarına həsr olunmuş tədbirində Mərkəzi Qan Bankının müdir müavini Namirə Abbasova bildirib.

Onun sözlərinə görə, 61,6 faizin təxminən 54,5%-i Qan Bankının donorlarının payına düşüb:
 
"Donor sayının artması ilə bağlı təbii ki, tədarük olunan qan və qan komponentlərinin də miqdarı artıb və daha çox xəstəyə yardım edilib. Respublika üzrə 2010-cu ildə 21 ton 131 litr qan tədarük edilmişdisə, 2015-ci ildə bu rəqəm 73,2% artaraq 36 ton 598 litrə kimi yüksəlib".

N.Abbasova deyib ki, 2016-cı ilin 11 ayı ərzində respublika üzrə 76 692 nəfər donor kimi qan verib. 2016-cı ildə Mərkəzi Qan Bankı üzrə donorların sayı 44 393 nəfər olub. Ümumilikdə ötən il ərzində respublika üzrə 36 368 litrdən çox qan tədarük edilib. Aşura günü 4 141 nəfər qan verib, tədarük edilən qanın miqdarı isə 1863 litrdən çox olub.

O əlavə edib ki, talassemiya ilə mübarizəyə dair Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində talassemiyalı xəstələrin müalicəsinin müasir səviyyədə aparılmasına nail olunub. Xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına olan ehtiyacı tam təmin edilib:
 
"Artıq talassemiyanın radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyasının da yerinə yetirilməsinə başlanıb. Görülən tədbirlər talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, bu xəstəlik nəticəsində əlillik və ölüm hallarının azaldılmasına gətirib çıxarıb". //Trend


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol