• $
  • €
  • ₽
  • ₺
  • £

Dişləri plombsuz müalicə etmək mümkün olacaq

Dişləri plombsuz müalicə etmək mümkün olacaq
12.01.2017 09:46

Britaniya alimlərinin fikrincə, zədələnmiş dişləri plombsuz bərpa etmək mümkündür.

Trend xarici KİV-ə istinadən məlumat verir ki, London Kral Kollecindən bir qrup alimin fikrincə, "Tideglusib” adlı kimyəvi maddə siçanlarda olan diş pulpası hüceyrələrini dişdəki kiçik deşiyi sağaltmağa yönəldə bilər. Bu üsul "tam və səmərəli təbii yolla bərpa olunmağa” gətirib çıxaracaq.

Dişlərdə regenerasiya qabiliyyəti çox məhduddur. Əgər daxili diş pulpası dağılarsa, insan orqanizmi sərt diş toxuması olan dentinin nazik təbəqəsini əmələ gətirməyə qadirdir, lakin böyük zədələr bu yolla sağalmır.

Stomatoloqlar kariyesi adətən metal amalqamadan olan plombun və ya tozabənzər şüşə və keramika kompozitinin köməyilə müalicə edirlər. Lakin plombları müntəzəm dəyişmək lazımdır. Odur ki, tədqiqatçılar dişlərin təbii regenerativ qabiliyyətini gücləndirməyə ümid bəsləyirlər.

Alimlər bildirirlər ki, "Tideglusib” preparatı diş pulpasında gövdə hüceyrələrinin fəallığını artırır ki, bu da siçanların dişində 0,13 millimetr diametrində deşiyi bərpa etməyə imkan verir. Dişin zədələnmiş hissəsinə preparata hopdurulmuş bioloji üsulla həll olan süngər yerləşdirilib və üstü qoruyucu maddə ilə örtülüb. Süngər parçalanandan sonra onu dentin əvəz edib və diş sağalıb.

Hazırda tədqiqatçılar bu yolla daha böyük zədəsi olan dişi bərpa etməyin mümkünlüyünü araşdırırlar.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol