• $
  • €
  • ₽
  • ₺
  • £

İƏT Gənclər Forumu bəyanat yaydı

İƏT Gənclər Forumu bəyanat yaydı
12.01.2017 11:53
Azərbaycan Respublikasında 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla bağlı İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu xüsusi bəyanatla çıxış edib.
 
Forumun sözügedən sənədində Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına (İƏT), İSESKO-ya, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumlara üzv seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmasına, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etməsinə yüksək dəyər verilib, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərarın Azərbaycanın İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradacağı bildirilib.

Bəyanat vasitəsilə İƏT Gənclər Forumu ailəsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə İƏT-ə bağlı beynəlxalq qurum olan Gənclər Forumunun təşkilatlanmasında və inkişafında göstərdiyi davamlı dəstəyinə görə öz təşəkkürünü bildirib. 

Təşkilatın 2004-cü ildə yaradılmasından bu yana Forumun ilk Baş Assambleyası daxil olmaqla bir çox beynəlxalq tədbirlərinə, o cümlədən, Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinə Azərbaycan Hökumətinin ev sahibliyi etməsi, İƏT Gənclər və İdman Nazirləri Şurasının 4-cü sessiyasına Azərbaycanın ev sahibliyi etmək haqda qərarın İƏT Gənclər Forumunun həmtəşkilatçı olduğu İƏT Gənclər və İdman Nazirləri Şurasının 3-cü sessiyasında qəbul edilməsi  bu dəstəyı bir daha təsdiq edir.
 
Eyni zamanda İƏT Gənclər Forumu Azərbaycan Hökumətinin gənclərin müxtəlif sahələr üzrə lider kimi yetişməsinə şərait yaradan Gənclər Siyasətini yüksək qiymətləndirir.
 
Sözügedən bəyanatda İƏT Gənclər Forumu prezident qərarının icra olunmasına öz dəstəyini göstərmək məqsədilə İƏT-in Müştərək Gənclər Fəaliyyətinə daxil olan  layihə və proqramlarını "İslam Həmrəylik ili" çərçivəsində həyata keçirməyə və Azərbaycan gənclərinin bu layihələrdən yararalanması və İslam həmrəyliyini və qlobal gənclər dialoqunun gücləndirilməsi məqsədilə Azərbaycan gəncləriylə və Azərbaycan Hökuməti ilə əməkdaşlığı daha da gücləndirməyə hazır olduğunu bildirir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol