• $
  • €
  • ₽
  • ₺
  • £

Boğaz ağrısını azaldan 5 BİTKİ ÇAYI

Boğaz ağrısını azaldan 5 BİTKİ ÇAYI
12.01.2017 20:00
Havalar soyuyan kimi xəstəliklər də insanları yaxalayır. Asqırıq, öskürək, burun axıntısı insanları dəsmalı əlindən yerə qoymağa imkan vermir.
 
Boğaz ağrısı ilə gələn xəstəliklərə qarşı güclü olmaq üçün bitki çaylarından istifadə edə bilərsiniz. Boğaz ağrılarını yüngülləşdirən və boğazı yumşaldan bitki çayları iltihabın aradan qaldırılmasına da kömək olur. Aile.lent.az boğaz ağrısına yaxşı təsir edən bitki çaylarını təqdim edir.
 
Adaçayını dəmləyərkən diqqətli olun!
 
Adaçayının yarpaqlarında olan uçucu komponentlər ağız və boğaza yerləşən infeksiyanı, iltihabı aradan qaldırır. Lakin uçucu komponentlərdən təsirli bir şəkildə faydalana bilmək üçün dəmləmə texnikası da əhəmiyyətlidir. 2-3 paket adaçayının üzərinə 1 stəkan qaynar su əlavə edib, ağzını bağlayın, 10-15 dəqiqə dəmlənməsini gözləyin. Gündə 2 fincana qədər içə bilərsiniz.
 
Boğaz quruluğuna qarşı nanə çayı
 
Nanə çayının tərkibində olan uçucu komponentlər boğazın yumşalmasına və quruluğu aradan qaldırılmasına kömək olur. Bu səbəbdən də gündə 1-2 fincan içə bilərsiniz. Lakin reflüks probleminiz varsa, uzaq durun.
 
Boğaz ağrısına qarşı nar qabığı
 
Narın qabığında olan polifenolik komponentlər boğaz infeksiyalarına səbəb olan bakteriyaların fəaliyyətini azaldır. Nar qabığını tullamaq əvəzinə qurudub çay kimi için. 2 çay qaşığı qurudulmuş nar qabığının üzərinə 1 stəkan isti su əlavə edərək, şüşə fincanda 10 dəqiqə dəmləyin və için.
 
Mixək göynəmə hissini aradan qaldırır
 
Mixəyin tərkibində olan uçucu komponent boğazdakı yanma, göynəmə hissini aradan qaldırır. Ağız, boğaz yolu infeksiyaları zamanı antiseptik və ağrını aradan qaldıran xüsusiyyəti var. Mixəyi əzərək içəcəyiniz çaya əlavə edə bilərsiniz.
 
Biyan kökü bəlğəmi aradan qaldırır
 
Tərkibində olan saponin tipi komponentlər boğazda yaranan bəlğəmin yumşalmasını təmin edir. 3 stəkan suya 3 çay qaşığı biyan kökü əlavə edin, 15 dəqiqə dəmlədikdən sonra hər gün içə bilərsiniz. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol