ANN.Az beynəlxalq mükafata layiq görüldü

Keyfiyyət mədəniyyətinin yayılması məsələləri ilə məşğul olan BİD (Business Initiative Directions) təşkilatı ANN.Az xəbər portalını "Leadership in Quality (ISLQ) of International Star” mükafatının "Qızıl” kateqoriyası ilə mükafatlandırıb.
Mükafatların təqdimetmə mərasimi BİD-in keyfiyyət üzrə Beynəlxalq Konfransı zamanı Parisdə baş tutacaq. Mükafatın təqdimat qərarı BİD-in rəhbərliyinə bağlı keyfiyyət sahəsində ekspertlərin keçirdikləri tədqiqatlarının nəticəsində təyin olunur. Təşkilat keyfiyyət və innovasiya sahəsindəki fəaliyyətinə görə, ANN.Az -ı lider hesab edir.
Bütün dünya üzrə təşkilatlatın liderlərinə təqdim olunan "ISLQ” mükafatının təşkilati dəstəyi keyfiyyət və innovasiya istiqamətli 26 nəşriyyat qrupunun yazılarını dərc edən "imarpress”-ə məxsusdur.
BİD-in son 10 ay ərzində Parisdə, Londonda, Madriddə, Cenevrədə, Frankfurtda və Nyu-Yorkda keçirilən konfranslarında bütün dünyadan təşkilat nümayəndələri iştirak edib.
BİD dünya üzrə keyfiyyətin yüksəlməsinə yardım edən lider təşkilatlardan biridir. Bunu da xüsusi "Quality Microfinance Plan” proqramı əsasında həyata keçirir. 31 illik fəaliyyəti dövründə BİD dünyada keyfiyyətinə görə şirkətlərə və təşkilatlara mükafatlar təqdim edir.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























