Azərbaycanlı aktyora böyrək köçürüldü

Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimov əməliyyat olunub.
Bu barədə APA-ya teatrın mətbuat katibi Həmidə Rüstəmova məlumat verib.
Onun sözlərinə görə, aktyora Mərkəzi Neftçilər Xəstəxanasında böyrək köçürülüb:
"Əməliyyat uğurla başa çatdı, Rəhim Rəhimova böyrək köçürüldü. Həm aktyorun, həm də donorun vəziyyəti stabildir. Aktyorun vəziyyəti ilə bağlı Mədəniyyət və Turizm Nazirliyindən teatrın rəhbərliyi ilə mütəmadi olaraq əlaqə saxlayıb, vəziyyətlə maraqıblar. Rəhim Rəhimova dəstək olan, daim maddi və mənəvi köməklik edən, onun səhhətini gündəmdə saxlayan həmkarlarımıza təşəkkür edirik”.
Qeyd edək ki, R. Rəhimov 1979-cu ildə Bakıda anadan olub. 1997-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışır. O, uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























