Xəzərdə yük gəmisində yanğın - Səbəb məlum oldu - YENİLƏNİB

Bu gün saat 14:45 radələrində Xəzər dənizində Xərə Zirə adası yaxınlığında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "Akademik Zərifə Əliyeva” adına gəmi bərəsinin baş mühərrik bölməsində elektrik naqillərində tüstülənmə müşahidə edilib.
ANN.Az xəbər verir ki, bu barədə "Report"a "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
"Gəmi heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb. Gəmidə təhlükəli yük olmayıb. Hadisə ilə bağlı ətraflı məlumat veriləcək", - deyə gəmiçiliyin məlumatında əlavə edilib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi bir qədər əvvəl "Akademik Zərifə Əliyeva” adına gəmi bərəsinin baş mühərrik bölməsində yanğın olması barədə məlumat yayıb.
"Report”un xəbərinə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-7” və Aviasiya dəstəsinin 1 helikopteri hadisə yerinə cəlb olunub.
***
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xəzər dənizində Xərə Zirə adası yaxınlığında "Akademik Zərifə Əliyeva” adına yük gəmisinin maşın bölməsində yanğın olması barədə məlumat daxil olub.
ANN.Az FHN-in saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-7” gəmisi və Aviasiya dəstəsinin 1 helikopteri dərhal hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Əlavə məlumat veriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























