• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzəryanı bölgənin media məkanı birləşəcək

Xəzəryanı bölgənin media məkanı birləşəcək
12.01.2017 23:58
Həştərxan vilayəti qubernatoru administrasiyasının mətbuat xidməti idarəsinin təşəbbüsü ilə yeni informasiya layihəsi – "Kaspiyskiye novosti” adlı beynəlxalq informasiya portalı işə başlayıb.

"Kaspiyskiy press-sentr” Rusiya informasiya agentliyi tərəfindən həyata keçirilən bu layihənin məqsədi Xəzəryanı bölgənin media məkanını birləşdirmək, vahid informasiya məkanı yaratmaq, auditoriyanın diqqətini Xəzəryanı dövlətlərdə baş verən iqtisadi, siyasi və humanitar proseslərə və hadisələrə cəlb etmək, bu dövlətlərin xalqlarının inkişafına, onların inteqrasiyasının dəstəklənməsinə və fəallaşmasına kömək etməkdir.

Layihənin həyata keçirilməsi gedişində dörd Xəzəryanı ölkənin (Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) hər birinin, habelə Rusiyanın Xəzər sahillərində yerləşən üç regionunun (Həştərxan vilayəti, Kalmıkiya və Dağıstan) müxbirləri tərəfindən hər gün bu saytın səhifələrində onlayn rejimində xəbərlər yerləşdirilməsi üçün portalın xüsusi müxbir şəbəkəsinin yaradılması nəzərdə tutulur.

Portalda "Xəbərlər” rubrikasından əlavə tematik bölmələr yaradılıb. Beləliklə, oxucular "Xəzər beşliyi” ölkələri barədə mühüm və maraqlı məlumatlar əldə edə biləcəklər.

"Layihələr” bölməsində Xəzəryanı ölkələrin biznes layihələri, investisiya ideyaları, müştərək müəssisələri barədə materiallar yerləşdirilir. Bu informasiya işgüzar adamlar, sərmayədarlar, hakimiyyət orqanlarının rəhbərləri, habelə yeni fəaliyyətə başlayan sahibkarlar üçün maraqlı olacaq.

"Persona” rubrikasında Xəzəryanı ölkələrdə sərhədyanı əməkdaşlıq və inteqrasiya ideyalarının təbliği məsələsində mühüm rol oynayan ekspertlərin, alimlərin, siyasətçilərin, ictimai təşkilatların liderlərinin, ekoloq və biznesmenlərin müsahibələri, onlardan sitatlar, müəllif məqalələri və oçerklər dərc ediləcək.

"Xronoqraf” bölməsi eksklüziv müəllif mətnləri, rəngli illüstrasiyalar, fotoşəkillər və nadir arxiv sənədləri vasitəsilə Xəzəryanı ölkələrin xalqlarının həyatı ilə bağlı maraqlı tarixi faktları öyrənməyə imkan verəcək.

"Turizm” bölməsində Xəzəryanı ölkələrin dini ziyarətgahları, mədəni və təbii baxımdan əlamətdar yerləri, bu xalqların bayramları, suvenirləri, xalq sənətləri, milli mətbəxi və xalq yaradıcılığı barədə söhbət açılır.

Layihənin həyata keçirilməsi Xəzəryanı dövlətlər arasında işgüzar və humanitar əlaqələri möhkəmlətməyə imkan verəcək, Xəzəryanı ölkələrin ərazisində yeni birgə layihələr həyata keçirilməsinə şərait yaradacaq. //Azərtac

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol