• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: "Yoluxucu xəstəliklərin qarşısı alınıb"

Nazir: "Yoluxucu xəstəliklərin qarşısı alınıb"
13.01.2017 13:13
"Bir çox ölkədə, hətta həmsərhəd dövlətlərdə dəfələrlə epidemioloji alovlanmalar olmasına, Azərbaycana çoxsaylı turistin gəlməsinə baxmayaraq, yoluxucu xəstəliklərin qarşısı alınıb".
 
Səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, Azərbaycanda epidemioloji sabitliyin qorunması sahəsində Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Səhiyyə Nazirliyinin birgə səmərəli fəaliyyəti nəticəsində uğur qazanmaq mümkün olub.
 
İcbari tibbi sığortadan danışan nazir qeyd edib ki, neçə ildir, mətbuatda və cəmiyyətdə onun tez bir zamanda tətbiqi ilə bağlı çağırışlar səslənir:
 
"İcbari tibbi sığortanın tətbiqi üçün güclü maddi-texniki baza lazım idi. Şərait, lazımi avadanlıqlar və s. olmadığı dövrdə tibbi sığorta tətbiq olunsaydı, uğursuzluqla nəticələnərdi. Ancaq bu gün belə problemlər yoxdur. Nəhayət, 2017-ci ilin yanvarında Yevlaxda və Mingəçevirdə icbari tibbi sığorta sınaq layihə kimi fəaliyyətə başlayır. Pilot layihənin uğurlu olması çox vacibdir, çünki onun nəticələrindən asılı olaraq bu sistem bütün ölkəyə tətbiq edilə bilər. İcbari tibbi sığorta tibbi xidmətin inkişaf etdirilməsi, keyfiyyətinin artırılması baxımından bizə hava-su kimi vacibdir”. //APA

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol