Yeni peşə məktəbi fəaliyyət göstərəcək

Azərbaycanda gələn ildən yeni peşə məktəbi fəaliyyət göstərəcək.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Şahdağ Turizm Mərkəzi” QSC-nin ərazisində fəaliyyət göstərən, dövlətə məxsus "Zirvə” hotelinin bazasında Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində Şahdağ Regional Turizm Peşə Məktəbi yaradılacaq.
Bu məqsədlə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 23 dekabr 2016-cı il tarixli əmri ilə Şahdağ Regional Turizm Peşə Məktəbi ilə bağlı Komissiya yaradılıb. Şahdağ Regional Peşə Məktəbinə ilk şagird qəbulunu 2017/2018-ci tədris ilində aparacaq. Məktəbə mehmanxana qeydiyyatçısı, ofisiant-barmen, dağ-xizək turizm növü üzrə təlimatçı, qənnadçı-şirniyytaçı və təmizlik departamentinin işçisi ixtisasları üzrə qəbulun keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, Azərbaycanda pilot peşə təhsili müəssisələri qurulacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























