• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəran ŞRPŞ: "Həmin qadın cinayət məsuliyyətindən yayınmağa cəhd göstərib"

Lənkəran ŞRPŞ: "Həmin qadın cinayət məsuliyyətindən yayınmağa cəhd göstərib"
13.01.2017 16:07
"Polis idarəsində işgəncələrə məruz qalmasını iddia edən qadın həqiqətə uyğun gəlməyən məlumatlar yaymağa çalışır". 

ANN.Az xəbər verir ki, bu barədə "Report"a Lənkəran Şəhər Rayon Polis Şöbəsindən (ŞRPŞ) bildirilib. 

Məlumata görə, rayonunun Şürük kənd sakini, əslən Füzuli rayonundan məcburi köçkün, 46 yaşlı Yaqut Əliyeva 4 il əvvəl törədilən qətl ilə bağlı ifadəsi alınması üçün bölməyə dəvət edilib: "Ondan törədilən qətldə əlinin olub-olmadığına dair izahat alınıb. İzahat alınandan sonra nəzarətsiz vəziyyətdə qalan qadın özünü polis şöbəsinin inzibatı binasının ikinci mərtəbəsindən yerə atıb.
 
Bununla da məsuliyyətdən yayınmağa çalışıb. Qadına qarşı heç bir zorakılıq əməlindən istifadə edilməyib. O, ictimaiyyətdə cinayət məsuliyyətindən yayınmaq üçün heç bir həqiqətə uyğun gəlməyən məlumatlar yaymağa çalışıb".  

Həmçinin vurğulanıb ki, Y.Əliyeva idarənin rəis müavini Əlifağa Kazımova şifahi izahat verib. 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi başlanıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol