Bakıda ev yanıb, 1 nəfər yanaraq ölüb

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan birmərtəbəli, 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 53 m2 sahədə və ona bitişik tikilmiş vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan birmərtəbəli, 2 otaqlı evin dam örtüyü 15 m2 sahədə yanıb.
ANN.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1958-ci il təvəllüdlü İsmayılov Nəriman Vəli oğlunun yanmış meyiti aşkarlanıb.
Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























