• $
  • €
  • ₽
  • ₺
  • £

Bu xəstəlik kompüterdən istifadə edənlərdə yaranır

Bu xəstəlik kompüterdən istifadə edənlərdə yaranır
15.01.2017 10:14
Əllərdə ağrı, keyimə, bəzən əzələ gücsüzlüyü kimi əlamətlər varsa, bunun səbəbi Karpal tunel sindromu ola bilər. Bu sindrom Median sinirin bilək nahiyəsində sıxılması nəticəsində əmələ gəlir.

Publika.az xəbər verir ki, əldəki sinirlər hər hansı təzyiq altında qaldıqda keyimə meydana gəlir. Türkiyəli həkim Səlim Çepel əllərdə meydana gələn keyimənin səbəbləri və müalicəsi haqqında məlumat verib.

Travmatoloq-Ortoped Səlim Çepelin sözlərinə görə, əllərdə keyimə barmaqların uzun müddət eyni işi yerinə yetirməsi nəticəsində yaranır. Bu hal xüsusilə klaviatura istifadə edənlərdə daha çox rast gəlinir.

Müalicə üsulları hansılardır?

Həkim bildirib ki, bu xəstəliyin müalicəsində nadir hallarda əllərə inyeksiyaya ehtiyac duyulur: "Digər hallarda adətən, fiziki müalicə (barmaqların məşq etdirilməsi) və reabilitasiya proqramları tətbiq olunur. Əgər bunların heç biri kömək etmirsə və rahatlıq yaranmırsa, kiçik cərrahi ilə müdaxilə ilə buna son qoymaq mümkündür. Bu üsul xəstənin vəziyyətindən asılı olaraq, açıq şəkildə və ya endoskopik cərrahiyyə istifadə edilməklə keçirilə bilər”.

Hamilə xəstələrdə də əl biləyi sindromu tez-tez rast gəlinir. Lakin çox hallarda uşaq dünyaya gələndən sonra bu, öz-özünə keçir.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol