• $
  • €
  • ₽
  • ₺
  • £

"İdarədə 2241 vətəndaş qəbul edilib" - Kamran Əliyev

"İdarədə 2241 vətəndaş qəbul edilib" - Kamran Əliyev
16.01.2017 10:50
2016-cı ildə Baş İdarədə 2241 vətəndaş qəbul edilib.

ANN.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2016-cı ildə ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan mətbuat konfransında deyib. 
 
Bildirilib ki, 2016-cı il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə müvafiq qurumlara 88 təqdimat verilib, habelə digər prokuror təsir aktlarından istifadə edilməklə 12 inzibati icraat açılıb, 11 şəxsə qanun pozuntularından çəkindirmək məqsədilə rəsmi xəbərdarlıq edilib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov bildirib ki, 2016-cı il ölkəmiz üçün geniş miqyaslı islahatlar ili olub. Gömrük və vergi sahələrində şəffaflığın daha da artırılması məqsədilə iqtisadiyyatımızda şaxələndirən isahatlar həyata keçirilib. Eyni zamanda, Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyətin Planının 86%-i və Açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planının 82%-i dövlət orqanları tərəfindən icra olunub.
 
Azərbaycan Respublikasının Beynəlxalq Şəffaflıq təşkilatının "Korrupsiya Qavrama İndeksi” və "Qlobal Korrupsiya Barometri” hesabatlarında mövqeyininin irəliləməsini, "2016-cı il Qlobal Korrupsiya Barometri”nə əsasən, sorğuda iştirak edən respondetlərin 79%-nin korrupsiyanın ölkəmizin üzləşdiyi əsas problemlərdən hesab etmədiyini bildirib. 

 
K.Cəfərov əldə edilən nailiyyətlərin Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində mövcud güclü siyasi iradə ilə bağlı olduğunu, eyni zamanda korrupsiyaya qarşı mübarizəyə dair Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla təsdiq edilmiş dövlət proqramları və onların effektiv icrası, eyni zamanda dövlət başçısınıntəşəbbüsü ilə yaradılan "ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, bu sahədə hüquq mühafizə orqanlarının səmərəli işi, beynəlxalq standartlara cavab verən qanunvericilik və beynəlxalq təşəbbüslərdə aktiv iştirakı ilə bağlı olduğunu vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan prezidenti İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində səmərəli qarşılıqlı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi barədə göstəriş və tövsiyələrinə müvafiq olaraq hesabat dövründə Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşan beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilib.

Belə ki, 2016-ci ilin sentyabr ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün Anti-Korrupsiya Şəbəkəsinin (ACN) İstanbul Fəaliyyət Planı çərçivəsində Azərbaycan III monitorinq mərhələsini tamamlayaraq IV qiymətləndirmə mərhələsinə keçən ilk 2 ölkədən biri olub. Eyni zamanda, dekabr ayında Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) tərəfindən Azərbaycan Respublikası üzrə 4-cü dəyərləndirmə raundu üzrə Uyğunluq hesabatı qəbul edilib.
 
Orxan Aslanlı

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol