• $
  • €
  • ₽
  • ₺
  • £

"Beynəlxalq əməkdaşlıq inkişaf etdirilib"- Kamran Əliyev

"Beynəlxalq əməkdaşlıq inkişaf etdirilib"- Kamran Əliyev
16.01.2017 11:19
"2016-cı il əldə Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) ilə qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilib, Azərbaycan Respublikasının nümayəndəsi Akademiyanın Bürosuna üzv qəbul olunmaqla, Akademiyanın Assambleyasının 5-ci sessiyasının sədr müavini seçilib”.

ANN.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2016-cı ildə ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş mətbuat konfransında deyib.

K.Əliyevin sözlərinə görə, 2016-cı il fevralın 4-də Malayziya Antikorrupsiya Komissiyasının Putracaya şəhərində yerləşən baş qərargahında "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Malayziyanın Antikorrupsiya Komissiyası arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Tədbirdə korrupsiyaya qarşı mübarizə aparan QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru - "Konstitusiya Araşdırmalar Fondu”nun prezidenti Əliməmməd Nuriyev, "Transprency International” təşkilatının Azərbaycan üzrə milli bölməsi - "Şəffaflıq Azərbaycan”ın icraçı direktoru Rəna Səfərəliyeva, habelə digər vətəndaş cəmiyyəti institutları nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizənin aktual məsələlərinə toxunublar. 

Ə.Nuriyev vətəndaş cəmiyyəti institutları tərəfindən Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının müstəqil formada qiymətləndirməsi nəticəsində nəzərdə tutulan tədbirlərin dövlət orqanları tərəfindən 83%-nin icra olunduğunu bildirib.

Orxan Aslanlı

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol