• $
  • €
  • ₽
  • ₺
  • £

"Beynəlxalq Bankın fililalları ilə bağlı cinayət işi başlanılıb" - AÇIQLAMA

"Beynəlxalq Bankın fililalları ilə bağlı cinayət işi başlanılıb" - AÇIQLAMA
16.01.2017 11:50
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əməkdaşlığımız yalnız "qara bazar”la məhdudlaşmır. 

ANN.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2016-cı ildə ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş mətbuat konfransında deyib.

Müxtəlif banklarla bağlı araşdırmalar aparılır. 2016-cı il ərzində "qara bazar”la bağlı 2 cinayət işi yekunlaşıb. 2016-cı ilin iyul ayından bizim idarə ilə birgə Maliyyə Bazarlarına Nəzarət Palatası və Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının əməliyyatları baş tutub. 

Kamran Əliyev bildirib ki, Beynəlxalq Bankın 5 filialı, o cümlədən, Qazax və Şəki filialları barədə cinayət işinin istintaqı davam etdirilir.

Ötən il ən çox şikayət bank sektoru ilə bağlı olub:

"Banklarla bağlı 52 cinayət işi istintaq olunub, məhkəməyə göndərilib. Sığorta şirkətlərinin rəhbərləri ilə bağlı 5 cinayət işinin istintaqı aparılıb".

K. Əliyev qeyd edib ki, ötən il valyuta mübadilələsi qaydalarının pozulması ilə ("qara bazar”) bağlı 2 cinayət işinin istintaqı yekunlaşıb.

Orxan Aslanlı

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol