• $
  • €
  • ₽
  • ₺
  • £

16 yaşlı vikipediya

16 yaşlı vikipediya
16.01.2017 16:54
Azad ensiklopediya olan Vikipediya hər kəsə tanışdır. 

Hər zaman onda olan məlumatdan yararlanırıq və çoxumuz fərqinə belə varmırıq ki, bu məlumatların yerləşdirilməsi hansı formada həyata keçirilir, saytın tarixi, işləmə mexanizmi necədir?

Vikipediya (ing. Wikipedia) dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan ensiklopediyadır. 15 yanvar 2001-ci ildə fəaliyyətə başlayıb. Vikipediya – "Wikimedia Foundation Inc.” qeyri-hökumət təşkilatı tərəfindən idarə edilir. Layihənin tarixi 1999-cu ildən başlayır. Layihənin baş redaktoru, təşkilatçısı Larri Senqer (Larry Sanger) və "Bomis" kompaniyasının icraçı direktoru, layihəni maliyyələşdirən Cimmi Uelsdir (Jimmy Wales). Viki texnologiyası əsasında onlayn ensiklopediya yaratmaq qərarına gələrək ilk öncə onu Nupediya (NuPedia.com) adlandırdılar. Onun əsasını alim və mütəxəssislər tərəfindən məqalələrin dəqiq yoxlanması təşkil edirdi. Nupediyada məqalələrin daxil olunması prosesi çox ləng getdiyindən onun bağlanması haqqında qərar qəbul edildi və 2003-cü ilin sentyabr ayında bağlandı. Nupediya ensiklopediyası bağlanarkən orada 24 tamamlanmış, 74 yoxlama prosesində olan məqalə var idi. Nupediyadan fərqli olaraq, Vikipediyada məqalələr könüllü internet istifadəçiləri tərəfindən yoxlanılır ki, bu da ensiklopediyanın çox sürətlə zənginləşməsinə səbəb olub.

Virtual azad ensiklopediya olan Vikipediyanın yaşı az olsa da, hazırda dünyanın ən populyar 5 internet saytından biri hesab olunur. Maraqlı məqam odur ki, digər 4 sayt böyük sərmayələr vasitəsi ilə formalaşdığı halda Vikipediyada tam könüllülük prinsipi əsasında informasiya bazası təkmilləşdirilir. Son hesablamalara görə, "viki-cəmiyyət" artıq 44 milyon insanı özündə birləşdirir. Vikipediya cəmiyyətin güzgüsüdür. Belə bir fikir mövcuddur: "Hər bir millət layiq olduğu Vikipediyaya malikdir".

Azərbaycan Vikipediyası 2004-cü ilin aprelindən fəaliyyətə başlayıb və hazırda 70 mindən çox istifadəçi qeydiyyatdan keçib. Azərbaycan dilində 112.660 məqalə mövcuddur. Azərbaycan Vikipediyasının dərinliyi 34-dür. Dərinlik məqalələrin və redaktələrin sayı ilə müzakirələrin sayı arasındakı fərqdən əldə edilir. Ən yüksək dərinlik ingilis dilli "Vikipediya"ya məxsusdur - 955.

Bu gün açıq ensiklopediya -Vikipediyanın 16 yaşı tamam olur. Şagirddən müəllimə, böyükdən kiçiyə, mübahisə edənlər, dünya görüşünü genişləndirənlər, qısası hər kəs bu çeşmədən az-çox su içir. Vikipediya MƏKTƏBDİR. Gecə-gündüz açıqdır bu məktəb. Məktəbin otaqları sonsuzdur. Bu otaqlarda hər zaman dərs gedir. Hər kəs bu məktəbdə oxuya, dərs deyə bilər. Normalda müəllim dərsdə 20-30 şagirdə öz bilgisini çatdıra bilir. Burada isə bütün ölkəyə, bütün dünyaya… Nə zəng var,nə qiymət, əsl açıq dərsdir. Qısacası, müəllimlik fəaliyyəti ilə vikipediyada məqalə yaratmaq arasında əslində o qədər də böyük fərq yoxdur.

AD GÜNÜN MÜBARƏK VİKİ..!

Namik Man-taş

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol