İkili vətəndaşlığı olan şəxslərin sayı açıqlandı

"Azərbaycanda ötən il ikili vətəndaşlığı olan 7956 şəxs müəyyənləşdirilib, onların adları müvafiq bazaya daxil edilib və hazırda statistikası aparılır".
Dövlət Miqrasiya Xidmətindən Report-a verilən məlumata görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev ötən ilin yekunlarına həsr olunan hesabat müşavirəsində deyib.
O bildirib ki, hesabat dövründə "qaçqın” statusu almaq niyyətində olan 95 əcnəbi (ailə üzvləri ilə birlikdə 209 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib:
"Hazırda üçüncü ölkə vətəndaşlarından qaçqın statusu almış 73 nəfər Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır. Avropa İttifaqı ilə ölkəmiz arasında imzalanmış Readmissiya Sazişi çərçivəsində 2016-cı ildə Dövlət Miqrasiya Xidmətinə göndərilən bildirişlər əsasında Azərbaycan vətəndaşlığına mənsub olması müəyyənləşdirilən 120 şəxsin readmissiyası həyata keçirilib".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























