• $
  • €
  • ₽
  • ₺
  • £

Təfəkkür Universitetinə köçürmə ilə gələnlərin taleyi necə olacaq? - EKSPERT

Təfəkkür Universitetinə köçürmə ilə gələnlərin taleyi necə olacaq? - EKSPERT
17.01.2017 13:28
""Təfəkkür” Universitetində oxuyan tələbələrin heç də hamısı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə qəbul olunmamışdı”.

Bunu ANN.Az açıqlamasında təhsil sahəsi üzrə ekspert Kamran Əsədov Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin fəaliyyətinin dayandırılmasını şərh edərəkən deyib.

Ekspertin sözlərinə görə, Azərbaycanda hazırda 54 ali təhsil müəssisəsi (regionda olan filialları ilə birlikdə) var:

"Bu universitetlərin hamısında təhsilin yüksək səviyyədə olduğunu deyə bilmərik. İşə qəbulla bağlı statistikaya baxdıqda, çox təəssüf olsun ki, ən aşağı pillədə "Təfəkkür” Universiteti dayanırdı. Bu ilki imtahan nəticələrinə görə, bu universitetin bağlanması labüd idi. Ümumiyyətlə, tədris ilinin ortasında hər hansı bir ali məktəbin bağlanılması yolverilməzdir. Nəzərə alsaq ki, hələ birinci semestr tam başa çatmayıb, çünki imtahanlar davam edir. İmtahanlara qədər universitet fəaliyyətini davam etdiəcək, ancaq növbəti semestrdən etibarən tələbələr digər universitetlərə paylanmalıdır. Bu prosesin 2-3 ay çəkəcəyini nəzərə alsaq, heç də tez başa çatmayacağı görünür. Çünki Təfəkkür Universitetində oxuyan tələbələrin heç də hamısı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə qəbul olunmamışdı. Rusiyadan, Ukraynadan, Dağıstandan, Dərbəddən tələbə köçürmə yolu ilə gələnlər vardı. Ona görə də, Təfəkkür Universiteti daha çox xaricdə az bal toplayıb və ya attestatla universitetə qəbul olan tələbələrin Azərbaycana köçürülməsi üçün bir növ mənbə rolunu oynayırdı. Az bal toplayıb universitetə qəbul olan tələbələrin təhsil aldıqları universitetdə təhsilin keyfiyyətindən ümumiyyətlə danışmaq olmaz. Həmin universitetdə təhsil keyfiyyətinin olmaması ilə bağlı yayılan məlumatlar tamamilə doğrudur”, – deyə K. Əsədov əlavə edib.

"Tələbələrin digər universitetlərə paylanılmasında 2 problem yarancaq”.

Ekspert qeyd edib ki, Təhsil Nazirliyi tələbələrin köçürülməsilə bağlı Komissiya yaradıb həmin tələbələri topladığı ballara görə digər universitetlərə köçürəcəklər:

"Ancaq burada bir məsələ var ki, köçürmə nəticəsində xaricdən Azərbaycana gələn tələbələrdə ciddi problem yaranacaq. Çünki onlar bal toplayıb universitetə qəbul olmayıblar. Onlar Rusiyaya, Ukraynaya və başqa ölkələrə atestatla qəbul olub, Azərbaycana təhsil almaq üçün köçürülüblər. İkinci problem isə universitetin tələbələri digər ali məktəblərə paylandıqdan sonra onların dərsləri həmin ali məktəbin dərsləri ilə üst üstə düşməyəcək. Çünki pedaqoji normalara görə, hətta eyni ixtisada belə ali təhsil müəssisələrində müxtəlif fənnlər keçirilir. Bu məsələlərdə də çox ciddi problemlər yaşanacağı gözləniləndir”.

"Universitetlərimiz bu missiyanın öhdəsindən gələ bilmir”.

"Xüsusi qeyd edim ki, bundan sonra da Azərbaycanda özəl universitetlərin bağlanacağı gözlənilir. Çünki ölkə rəhbərliyi də istəyir ki, Azərbaycanda daha keyfiyyətli təhsil verən müəssisələr olsun. Yəni bizim elə ali təhsil müəssisələrimiz olmalıdır ki, onlar xaricdən tələbə qəbulunu həyata keçirib ölkəyə maliyyə gələcək üçün potensiallı kadrlar gətirsin. Təəssüflər olsun ki, hazırda universitetlərimiz bu missiyanı həyata keçirə bilmirlər. Azərbaycan universitetlərinin gəlirləri yalnız tələbələrin təhsil haqlarından ibarətdir”, – deyə ekspert əlavə edib.

Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universiteti ötən ilin oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib. 

Təhsil Nazirliyindən ANN.Az-a verilən məlumata görə, göstərilənləri, habelə universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi "Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.

Orxan Aslanlı
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol