• $
  • €
  • ₽
  • ₺
  • £

"Bizə problem kimi görünməyən hadisələr başqaları üçün cəhənnəmə çevrilir" - MÜNASİBƏT

"Bizə problem kimi görünməyən hadisələr başqaları üçün cəhənnəmə çevrilir" - MÜNASİBƏT
17.01.2017 14:40
"Cəmiyyətdə baş verən intihar hadisələri insanların həm sosial problemlərə münasibətindən, həm də psixoloji olaraq davranış qaydalarından asılıdır".

ANN.Az xəbər verir ki, bunu  Demokratik İslahatlar Partiyası (DİP) sədrinin humanitar məsələlər üzrə müşaviri Rövşən Nəcəfov son vaxtlar artan intihar hadisələrindən danışarkən deyib.

Rövşən Nəcəfovun sözlərinə görə, intihar fərdi qərar olduğu üçün intihar edən şəxsin həyat tərzindən asılıdır:

"Sosial problemlər həmişə var. İstənilən şəxsin həyatında problemlərin müxtəlif növləri mövcuddur. Hər kəsin problemi eyni deyil və ya hər kəsin problemə yanaşması eyni deyil. Bizə problem kimi görünməyən hadisələr başqaları üçün cəhənnəmə çevrilir. Demək istədiyim odur ki, cəmiyyətdə hər kəsin öz mövqeyi və mənafeyi olduğu üçün insanların intihar səbəbi də öz mövqeyindən və mənafeyindən asılıdır. Maddiyyat insanı məişət problemlərindən xilas etmir. Problemi başqa formaya çevirir. Yəni, mövzu yox, metod dəyişir. Məişət problemlərindən xilas olmaq üçün, insanın həyatında dialoqlar olmalıdır. 

Biz, həyat fəlsəfəmizdə mənəviyyatımızı daha üstün tutmalıyıq. Çünki, maddi olaraq qazandığımız hər şeyi itirə bilərik. Mənəvi olaraq qazandıqlarımız bizim mənəviyyatımızı formalaşdırır. Yaşamaq ölüm qədər asan olsaydı, insanlar ölümü seçim etməzdilər. Həyatın bütün çətinliklərinə mənəvi zənginliklərlə qalib gəlmək olar".
 
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol