• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Zooparkına Çexiyadan maraqlı hədiyyə

Bakı Zooparkına Çexiyadan maraqlı hədiyyə
18.01.2017 10:30
Bakı Zooparkına yeni cırtdan maral hədiyyə olunub.

Bu barədə Trend-ə Bakı Zooparkının direktoru Azər Hüseynov məlumat verib.

Onun sözlərinə görə, həmin heyvan Çexiya zooparkından hədiyyə edilib: "Bir ay əvvəl bir cüt buncak (cırtdan maral) zooparkımıza hədiyyə edilib. Bundan başqa, həmçinin zooparka 3 dekarativ keçi də verilib. Heyvanlar artıq zooparkdadır”.

A.Hüseynov bildirib ki, həmçinin zooparka 30 başa yaxın zəif qu quşu verilib. Qu quşları müalicə edilib, indi onlar sağlamdır.

Zooparkın direktoru bildirib ki, hazırda ərazidə abadlıq işləri görülür: "Artıq cırtdan maral, kenqurular və lamanın görünüşləri dəyişib. Bu istiqamətdə işlər davam etdirilir”.

Xatırladaq ki, 2009-cu ildə Belarusun Minsk zooparkı ilə imzalanan müqaviləyə əsasən, Bakı Zooparkına altı növ heyvan gətirilib. Hazırda burada 1200-dən çox quş və heyvan saxlanılır.

Bakıda zooparkın yaradılması ötən əsrin 20-ci illərinə təsadüf edir. İndiki zoopark isə 1984-cu ildə istifadəyə verilib və ərazisi 2001-ci ildən sonra genişləndirilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol