• $
  • €
  • ₽
  • ₺
  • £

Peyvəndə nəzarətdə YENİLİK

Peyvəndə nəzarətdə YENİLİK
18.01.2017 12:34
2017-ci ildən respublikanın şəhər və rayonlarında peyvənd işinə nəzarəti gücləndirmək üçün yeniliyin tətbiqi tətbiqi nəzərdə tutulur. ​

Bunu bu gün keçirdikləri mətbuat konfransında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Sağlamlıq kartına uşağın bütün peyvəndləri haqqında məlumatların daxil edildiyini deyən mərkəzin direktor müavininin sözlərinə görə, peyvənd işinə nəzarəti gücləndirmək üçün sağlamlıq kartı sistemi vasitəsi ilə hər bir uşağın peyvənd olunması barədə məlumatı hesabat formasında əldə etmək imkanı yaradılıb. Artıq Bakı şəhərində sinaqdan keçirilmiş bu proqramın 2017-ci ildən respublikanın digər şəhər və rayonlarında tətbiqi nəzərdə tutulur. ​

A.Əliyeva deyib ki, 2014-cü ildən peyvəndlər ölkəmizə UNİCEF-in xətti ilə gətirilir:
 
"Əksər flakonlar bir dozalı olur. Vaksinlərin etibarlı saxlanması məqsədi ilə "soyuq zəncir” sistemi gücləndirilib. Vaksinlər istehsalçıdan uşağa qədər düzgün qaydada, yəni soyuq zəncir sistemi ilə çatdırılır".

A.Əliyeva qeyd edib ki, son illər yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan genişmiqyaslı və səmərəli tədbirlər nəticəsində ölkəmizdə dayanıqlı epidemioloji sabitlik təmin edilib. 2016-ci il ərzində respublika üzrə uşaqların profilaktik peyvəndlərlə əhatə səviyyəsi qənaətbəxş olub. Belə ki, yenidoğulmuşların vərəm əleyhinə BCG peyvəndi ilə əhatə olunması 97,8%, HepB peyvəndi ilə 98,0%, poliomielit əleyhinə (OPV0) 97,8%, 1 yaşa qədər uşaqlar arasında göyöskürək, difteriya, tetanus, b tipli hemofil infeksiya və hepatit B əleyhinə pentavaksinlə (GDTHibHepB3) 95,6%, poliomielit əleyhinə (OPV3) peyvəndi ilə 97,6%, pnevmokok əleyhinə peyvəndlə 96,5%, qızılca-parotit-məxmərək əleyhinə peyvəndlə 97,9% təşkil edib. //Trend

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol