• $
  • €
  • ₽
  • ₺
  • £

1000-dən çox insan pulsuz göz müayinəsindən yararlandı

1000-dən çox insan pulsuz göz müayinəsindən yararlandı
18.01.2017 13:57
Azercell Telekom-un dəstəyi ilə fəaliyyət göstərən "Mobil Göz Klinikası” ötən il ərzində müxtəlif göz xəstəliklərindən əziyyət çəkən insanlara xidmət göstərib, yüzlərlə xəstəni müayinə edib. 

Ağcabədidə yerləşən Gənclər üçün təhsil mərkəzində 47 nəfər, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsindəki 1 saylı sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində isə 29 nəfər müayinə olunub. Klinikanın həkimləri Salyanda və Siyəzəndə yerləşən internat məktəbində ehtiyacı olan 100 nəfərə yardım etdikdən sonra Əmircan, Zığ və Hövsan qəsəbəsində 120 nəfər olmaqla valideyn himayəsindən məhrum olan uşaqlara, ahıllara və aztəminatlı ailələrə xidmət göstəriblər. Eyni zamanda Salyandakı Əlillər Cəmiyyətində 35 nəfər, Buzovna qəsəbəsindəki Qocalar evində isə 24 nəfər müayinə olunub. Müayinələrin nəticələrinə əsasən ehtiyacı olanlara eynək reseptləri yazılıb, bəzilərinə isə müalicələr təyin edilib.

Ümumilikdə 2016-cı ildə 1000-dən çox ehtiyacı olan insana "Mobil Göz Klinikası” layihəsi çərçivəsində yardım edilib.

Xatırladaq ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Eyni zamanda klinikanın həkimləri Bakı ilə yanaşı, ölkənin bir çox bölgələrində müalicəyə ehtiyacı olan insanlara xidmət göstəriblər.





www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol