Dilçilik İnstitutu televiziya kanallarında monitorinq apardı

"AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan televiziya kanallarında dil ilə bağlı apardığı növbəti monitorinq başa çatıb”.
Bu barədə report-a açıqlamasında İnstitutun monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib.
O bildirib ki, monitorinq əsasən xəbər və xəbərdən törəmə proqramların dili ilə bağlı aparılıb: "Geniş auditoriyaya malik verilişlərin də bəziləri monitorinqə cəlb olunub”.
Şöbə müdirinin sözlərinə görə, monitorinqin aparılmasına keçən il noyabr ayının 1-dən etibarən başlanılıb: "Məqsəd televiziya proqramlarında Azərbaycan ədəbi dilinin normalarına əməl olunması ilə bağlı dil mənzərəsini və bu sahədə mövcud olan problemləri müəyyən etməkdir”.
S.Əliyeva qeyd edib ki, budəfəki monitorinqə bütün televiziya kanalları cəlb olunub: "Hətta dövlət televiziyası olan AzTV kanalının bəzi verilişlərinin də monitorinqi aparılıb.
Ötən illərdə aparılan monitorinqlərin nəticələri ilə müqayisədə son monitorinqin nəticələri arasında hiss ediləcək dərəcədə fərqlərin olduğunu deyən şöbə müdiri bildirib ki, sonuncu monitorinq zamanı televiziya kanallarında aparıcıların nitqində aşkarlanan dil qüsurları nisbətən azalıb: "Monitorinqin nəticələri göstərdi ki, televiziya verilişlərində ədəbi dil normalarının pozulması son vaxtlar nisbətən az müşahidə olunur”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























