“Kinematoqrafiya haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq

Milli Məclisinin Mədəniyyət Komitəsinin 2017-ci ilin yaz sessiyası üçün İş Planı təsdiqlənib.
Komitə sədri Rafael Hüseynov bildirib ki, Mədəniyyət komitəsi 2016-cı ilin payız sessiyasında səmərəli fəaliyyət göstərib.
İş Planına prezidentin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, Azərbaycan dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri, "Kinematoqrafiya haqqında", "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" və "Yazılı abidələr haqqında" qanun layihələri daxildir.
Deputat deyib ki, "Kinematoqrafiya haqqında" qanun layihəsi artıq hazırdır, yaxın vaxtlarda Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.//Modern.az
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























