• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblərdə Danışıq Klubları yaradılır

Məktəblərdə Danışıq Klubları yaradılır
18.01.2017 17:11
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində "Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ANN.Az-a verilən məlumata görə, layihənin məqsədi müxtəlif yaş qruplarından olan şagirdlərin məktəbdə əldə etdikləri xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək, məktəblilərin İngilis dilində fikirlərini düzgün və səlis ifadə etməsinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqdan ibarətdir.

Klubların səmərəli fəaliyyəti və ümumi təhsil məktəblərinə lazım olan dəstəyin göstərilməsi üçün paytaxtın 12 inzibati rayon üzrə pilot məktəblərin İngilis dili müəllimləri müvafiq təlimlərə cəlb olunur.

Təlim zamanı danışıq klublarının təsis olunması, klub proqramının hazırlanması, yaş qruplarına uyğun fəaliyyətlərin təşkili, şagirdlərin kluba cəlb edilməsi metodları və digər məlumatlar təlimçi-müəllimlərə çatdırılır. Bu sahədə beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsi ətrafında fikir mübadiləsi aparılır. Təlim zamanı İngilis dili müəllimlərinin təklifləri dəyərləndirilir və onların müvafiq tələblərə uyğunluğu müzakirə olunur.

Təlimlər Amerikanın Azərbaycandakı səfirliyinin əməkdaşı Meri Boymer tərəfindən aparılır.

Qeyd edək ki, BŞTİ 2016-2017-ci tədris ili üzrə fəaliyyətini "Təhsili dəyərə çevirək” devizi altında reallaşdırır. Bu məqsədlə həyata keçirilən 25 yeni layihədən biri də "Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsidir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol