• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqda skoliozun olduğunu özünüz təsbit edən 8 ÜSUL

Uşaqda skoliozun olduğunu özünüz təsbit edən 8 ÜSUL
20.01.2017 10:52
Normal sağlam insanda baş, bel, çanaq (ləyən sümüyü) və ayaqların orta nöqtəsi eyni şaquli xətdə olur.
 
Normal onurğanın öndən görünüşündə sağa və ya sola doğru əyilmə olmur. Onurğaya öndən baxdıqda sağa və ya sola doğru əyilməsinə skolioz deyilir. Yaşı 10-dan az olan uşaqlarda müşahidə edilən skolioz yetkinlik dövründə olan skoliozdan fərqlidir. Aile.lent.az türkiyəli həkim İlker Qaripoğlunun uşaqlıq dövründə aşkarlanan skolioz haqqında fikirləri ilə sizi tanış edir.
 
Mütəxəssis bildirir ki, skoliozun irəliləməsini təyin edən ən vacib faktor uşağın fiziki inkişaf sürətidir. Hər 100 uşaqdan 3-də uşaqlıq dövrü skolioz müşahidə edilə bilər. Ayaqların asimmetriyası, kürəkdə qabırğaların bir tərəfdə daha çox yığışması, bir çiyinin daha aşağı olması kimi gözə çarpan əlamətlər skoliozdan xəbər verir: "Skolioz müalicə edilmədiyi təqdirdə ağciyər və tənəffüs, ürək problemləri, iflic, ciddi estetik və psixoloji problemlərə yol aça bilər. Uşaqlarda skoliozun müalicəsi xəstədə skolioz əyriliyi, rotasiyanın dərəcəsinə və yerindən asılı olaraq təyin edilir. 20º dən az olan əyriliklər fiziki, məşq müalicəsi və ev proqramı ilə müalicə edilir. 20º dən çox əyrilik hallarında sərt korset istifadəsi ilə yanaşı, fiziki və konservativ müalicə məsləhətdir”.
Uşaqlıq dövründə ortaya çıxan skoliozda erkən diaqnoz qoyulmasının böyük əhəmiyyəti var. Erkən diaqnoz nəticəsində başlanan müalicə çox vaxt uğurlu olur. Həkim bildirir ki, valideynlər özləri də uşaqda skoliozun olub-olmamasını təsbit edə bilər.
 
Skoliozu təsbit etməyin 8 yolu
 
- Ayaq üstə durduqda kürək divara söykənmiş halda çiyinlərin hündürlüyündə fərq varmı?
- Uşaq dizləri düz formada önə əyildikdə kürək hissəsi fərqli hündürlükdə olurmu?
- Kürək sümüklərindən biri digərindən daha çox diqqətə çarpandırmı?
- Omba sümüklərində asimmetriya varmı?
- Ayaq üstə durduqda qollar yavaşca önə gəldikdə bir tərəf digər tərəflə müqayisədə qol və bədən arasında daha çox məsafə yaranırmı?
- Uşaqda diqqətə çarpan kürək donqarı mövcuddurmu?
- Bel çuxurları müqayisə edildiyi zaman asimmetriya gözə çarpırmı?
- Uşaq oturanda və ya ayaq üstə duranda bir tərəfə doğru əyilmiş formada dayanırmı?
 
Əgər bu əlamətlərdən hansısa uşağınızda müşahidə edilirsə, dərhal həkimə gedin. Unutmayın, erkən diaqnoz uğurlu nəticənin yarısıdır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol