• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 2016-cı ildə ən çox verilən adlar açıqlanıb – SİYAHI

Azərbaycanda 2016-cı ildə ən çox verilən adlar açıqlanıb – SİYAHI
21.01.2017 18:17
Azərbaycanda ötən il (2016-cı ildə) doğulan körpələrə ən çox verilən ilk beş ad Yusif (3398), Zəhra (3008), Hüseyn (2363), Nuray (2176) və Əli (2197) olub.

Ədliyyə Nazirliyindən Report-a verilən məlumata görə, 2011-ci ildən 2017-ci ilə kimi ölkədə doğulan oğlan uşaqlarına verilən adlar arasında Yusif adı ilk yerdə olub. 2011-ci ildə 4170, ötən il isə 3398 körpəyə Yusif adı verilib. 

Ümumilikdə isə 2013-cü ildən sonra bu il də daxil olmaqla 17 minə yaxın körpəyə Yusif adı qoyulub.

2011-ci ildən 2017-ci ilə kimi oğlanlara verilən adların siyahısında Yusifdən sonra Əli, Hüseyn adları yer alıb.

2011-ci ildən 2017-ci ilə kimi qızlara verilən adlar arasında Zəhra ilk sıradadır. Qızlara qoyulan adların siyahısında ilk yerləri Zəhradan sonra Nuray və Fatimə adları bölüşüb.
2011-ci ildə 3756, ötən il isə 3008 qıza Zəhra adı verilib. Son beş ildə 16 minə yaxın qız uşağına Zəhra, 10904-nə Nuray, 10549-na Fatimə adı verilib.

Ötən il körpələrə çox verilən adlar arasında Aylin (1667, son beş ildə 7657), Zeynəb (1863, son beş ildə 7655), Ömər (1752, son beş ildə 7366), Ayan (1354, son beş ildə 7299), Məhəmməd (1438, son beş ildə 6743) kimi adlar olub.

Bundan başqa,  ötən il oğlanlara verilən adlar arasında Murad, Tunar, Uğur, Ayxan, İbrahim, Kənan, Ümid, Nihad, Həsən, Rəsul, Mehdi, Emil, İsmayıl, Fərid, Ramal, Nihat, Amin, Raul, Tuncay, Sadiq, Nicat, qız uşaqlarına verilən adlar arasında isə Məryəm, Mələk, Ayan, Mədinə, Dəniz, Xədicə, Leyla, Səma, Gülay, Fidan, İnci, Banu, Yağmur, Nəzrin, Damla, Aysu, Ayla, Əsma, Nur, Aydan, Nərgiz, Nazlı, Nigar, Nilay, Ləman kimi adlar üstünlük təşkil edib.

Bu il doğulan körpələrə qoyulan adlar arasında da Yusif (29) və Zəhra (17) adları liderdir.  

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol